Din əxlaqını izah edən bir şəxs qarşısındakı insanın iman edib- etməməsinə görə məsuliyyət daşıyırmı?

Din əxlaqını izah edən bir insan qarşısındakı şəxsin iman edib- etməməsinə görə heç bir şəkildə məsuliyyət daşımır. Möminlər yalnız Quranı qarşı tərəfə ən gözəl şəkildə çatdırmaq və insanları Allaha iman etməyə dəvət etməklə vəzifəlidirlər. Lakin din əxlaqının izah edildiyi insanın qəlbi tamamilə Allahın nəzarəti altındadır. Təbliğ edilən şəxs mömin olacaqsa, ona İslamı sevdirəcək və qəlbinə imanı yerləşdirəcək olan yalnız Allahdır. Buna görə də Allah Quranda müsəlmanların din əxlaqını təbliğ etməklə məsul olduqlarını, hidayəti verənin isə yalnız Özünün olduğunu bildirmişdir:

Sən istədiyini doğru yola yönəldə bilməzsən. Lakin Allah dilədiyini doğru yola yönəldər. Doğru yola yönələnləri ən yaxşı bilən Odur. (Qəsas surəsi, 56)