Din əxlaqını öyrənən hər bir insan bunu başqalarına da izah etməklə məsuldur. Allah: “Aranızda, xeyrə çağıran, yaxşılığı əmr edən və pis əməllərdən çəkindirən bir camaat olsun. Onlar əsil nicat tapanlardır”. (Ali İmran surəsi, 104) ayəsi ilə möminlərə bu məsuliyyətlərini bildirmişdir. Buna görə də mömin ömrünün sonuna qədər Quran əxlaqını yaşayıb və ibadətlərini yerinə yetirməklə yanaşı başqalarının da din əxlaqını eyni şəkildə yaşamaları üçün səy göstərməklə məsuldur.
Quranda din əxlaqının başqalarına da təbliğ edilməsinin möminlərin mühüm xüsusiyyətlərindən biri olduğu belə bildirilmişdir:
Mömin kişilər və mömin qadınlar da bir-birlərinin dostudurlar. Onlar yaxşı işləri əmr edər, pis işləri qadağan edər, namazı qılar, zəkatı verər, Allaha və elçisinə itaət edərlər. Allah onlara mərhəmət edəcəkdir. Şübhəsiz ki, Allah yenilməz qüvvət və hikmət sahibidir. (Tövbə surəsi, 71) pislikdən çəkindirməmək doğrudurmu?

