Dale Breckenridge Carnegie (24 noyabr 1888 – 1 noyabr 1955) – amerikalı pedaqoq, psixoloq və yazıçı. O, ünsiyyət nəzəriyyəsinin yaradılmasının mənşəyində dayanırdı.
O, dövrün psixoloqlarının elmi inkişaflarını praktik sahəyə çevirmişdir. O, öz konfliktsiz və uğurlu ünsiyyət konsepsiyasını inkişaf etdirdi. Özünü təkmilləşdirmə, effektiv ünsiyyət bacarıqları, danışma və başqaları üzrə psixoloji kurslar hazırlayıb.
Deyl Karnegi özünün Effektiv Natiqlik və İnsan Münasibətləri İnstitutunu qurdu. İnstitutun bir çox ölkədə filialları var. Deyl Karnegi Universiteti hazırda Sent-Luisdə yerləşir. Burada hər il on minlərlə insan təlim keçir və sertifikat alır.
1912-ci ildə Deyl Karnegi “Deyl Karnegi Təlimini” qurdu. Bu gün 80 ölkədə ofisləri olan beynəlxalq təşkilatdır. Karneginin ən məşhur və hər kəsin oxumasını tövsiyə etdiyim kitabı “Dostu necə qazanmalı?” kitabıdır. Bu metodlarla həm həyatınızda müsbət yön verə bilər həm də, həqiqi islamı təbliğ etməkdə faydalı olar. Həmin kitabdan bəzi sitatları paylaşacağam, inşaAllah.
İnsanları özünüzə yaxınlaşdırmağın altı üsulu:
Qayda 1: Başqa adamlara münasibətdə səmimi maraq büruzə verin.
Qayda 2: Gülümsəyin!
Qayda 3: Yadda saxlayın ki, insana öz adının səsi insan nitqində ən şirin və ən vacib səsdir.
Qayda 4: Yaxşı dinləyici olun. Başqalarını özləri haqqında danışmağa şirnikləndirin.
Qayda 5: Həmsöhbətinizin maraq dairəsinə daxil olan mövzular ətrafında söhbət aparın.
Qayda 6: İnsanların özlərinin əhəmiyyət kəsb etdiklərini hiss etməsinə çalışın və bunu səmimiyyətlə edin.
Öz nöqteyi-nəzərinizə inandırmağın on iki üsulu
Qayda 1: Mübahisədə ən yaxşı nəticəyə nail olmağın yeganə üsulu – bu, mübahisədən yayınmaqdır.
Qayda 2: Başqasının rəyinə hörmətlə yanaşdığınızı göstərin, heç vaxt kimsəyə deməyin ki, o səhv edir.
Qayda 3: Əgər siz haqlı deyilsinizsə, bunu düzgünlüklə və sidq-ürəklə etiraf edin.
Qayda 4: Əvvəl özünüzün dostcanlı münasibətinizi göstərin.
Qayda 5: Qoy həmsöhbətiniz lap başlanğıcdan sizə “hə, bəli” deyə cavab versin.
Qayda 6: İmkan verin həmsöhbətiniz ürəyini boşaltsın.
Qayda 7: Qoy həmsöhbətiniz hiss eləsin ki, ideya ona məxsusdur.
Qayda 8: Hadisələri başqasının nöqteyi-nəzərindən görməyə düzgünlüklə çalışın.
Qayda 9: Başqa insanların fikirlərinə və arzularına şərik olduğunuzu büruzə verin.
Qayda 10: Nəcib hisslərə toxunun.
Qayda 11: Öz ideyalarınıza əyanilik verin, onları səhnələşdirin.
Qayda 12: Çağırış edin!
İnsanı incitmədən, onda hiddət doğurmadan ona təsir göstərməyin doqquz qaydası
Qayda 1: Tərifdən və insanın məziyyətlərini etiraf etməkdən başlayın.
Qayda 2: İnsanların səhvlərinə diqqəti cəlb edəndə bunu dolayısı formada edin.
Qayda 3: Başqasını tənqid etməyə başlamazdan əvvəl öz şəxsi səhvləriniz barədə danışın.
Qayda 4: Əmrlər vermək əvəzinə suallar verin.
Qayda 5: İnsana öz simasını xilas etməyə imkan verin.
Qayda 6: Hər bir, hətta ən kiçicik uğura görə insanları tərifləyin və bunu edərkən səmimi və təriflərə səxavətli olun.
Qayda 7: İnsana yaxşı ad verin ki, həmin adam buna uyğun olaraq yaşamağa başlasın.
Qayda 8: Mükafatlandırmaqdan istifadə edin. Belə edin ki, kimdəsə düzəltmək istədiyiniz çatışmazlıq asan düzələn, onu aludə etmək istədiyiniz iş isə asan yerinə yetirilə biləcək məsələ kimi görünsün.
Qayda 9: Belə edin ki, sizin etmək istədiyinizi yerinə yetirmək insanlara xoş olsun.
Öz ailə həyatınızı daha xoşbəxt etmək üçün yeddi qayda:
Qayda 1. Heç bir halda bəhanə axtarmayın!!!
Qayda 2. Həyat yoldaşınızın başqa cür olmasına çalışmayın.
Qayda 3. Tənqid etməyin.
Qayda 4. Səmimi-qəlbdən minnətdar olun.
Qayda 5. Azacıq diqqət göstərin.
Qayda 6. Nəzakətli olun.
Digər məsləhətləri:
Qayda 1: Narahatlığı həyatınızdan silmək üçün həmişə özünüzü məşğul edin. Özünü fəaliyyətlə yükləmək – məyusluq ruhunu qovmaq üçün nə vaxtsa yaradılmış ən yaxşı dərmanlardan biridir.
Qayda 2: Boş şeylərə görə dilxor olmaq lazım deyil. Boş şeylərin xoşbəxtliyinizi alt-üst etməsinə imkan verməyin.
Qayda 3: Qaçılmaz olanla hesablaşın. Hansısa bir şəraiti dəyişməyin və ya düzəltməyin qüvvəniz daxilində olmadığını bilirsinizsə, özünüzə deyin: “Bu, belədir. Bu, başqa cür ola bilməz”.
Qayda 4: Narahatlığınıza “limit” qoyun. Bu və ya digər hadisənin nə dərəcədə narahatlığa layiq olduğunu özünüz üçün qət edin və bundan çox narahat olmayın.
Qayda 5: Öz beyninizi sakitlik, mərdlik, sağlamlıq və ümid haqda fikirlərlə doldurun, axı “bizim həyatımız – bizim onun haqqında nə fikirləşdiyimizdir”.
Qayda 6: Heç vaxt düşmənlərinizlə haqq-hesab çəkməyə çalışmayın, çünki bununla özünüzə onlardan qat-qat çox ziyan vuracaqsınız. General Eyzenhauer kimi hərəkət edin: sevmədiyiniz adamlar haqda heç bir dəqiqə də fikirləşməyin.
Qayda 7:
a) Qədirbilməzliyə görə fikir eləmək əvəzinə, buna hazır olun. Yadda saxlayınki, İsa Məsih bir gündə on cüzamlı xəstəni sağaltdı və onlardan yalnız biri ona təşəkkür elədi. Bəs siz niyə Məsihin aldığından çox təşəkkür gözləyirsiniz?
b) Yadda saxlayın ki, xoşbəxtlik tapmağın yeganə üsulu – minnətdarlıq gözləməmək, mərhəmətli işləri bundan aldığınız sevinc naminə etməkdir.
c) Unutmayın, minnətdarlıq – insan xarakterinin tərbiyənin nəticəsi olan cəhətidir; buna görə də, əgər övladlarınızın qədirbilən olmaqlarını istəyirsinizsə, bunu onlara öyrədin.
Qayda 4: Öz uğurlarınızın hesabını aparın, uğursuzluqlarınızın yox!
Qayda 5: Başqalarını təqlid etməyin. Özünüzü tapın və özünüz kimi qalın, axı “paxıllıq – cahillikdirsə, təqlidetmə – özünəqəsddir”.
Qayda 6: Tale sizə limon qismət edəndə ondan limonad düzəltməyə çalışın.
Qayda 7: Başqalarına azacıq da olsa xoşbəxtlik gətirməyə çalışmaqla öz uğursuzluqlarınızı yadınızdan çıxarın. “Başqalarına mərhəmət etməklə ilk növbədə özünüzə kömək edirsiniz”.

