Uşaqlıq illərindən etibarən qarşılaşdıqları hadisələr insanların xarakterinin formalaşmasına bir çox cəhətdən təsir edir. Bəzən çətinlik və sıxıntılar, bəzən xəstəliklər, bəzən ölümlər, bəzən də nemətlərin artması və əldə edilən nailiyyətlər insanların şəxsiyyətlərini kamilləşdirir. Zaman keçdikcə və yaşanan hadisələrlə davamlı olaraq müsbət yöndə şəxsiyyətin dəyişməsi insanlar üçün gözəl nemətdir.
İnsanın həyatda yaşaya biləcəyi bütün hadisələr bu insanların xarakterinin dəyişməsinə səbəb ola bilər. Bir gün havanın yağışlı, qaranlıq, qarlı, çiskin, ya da günəşli olması, bir gün yuxusuzluq, ya da istədiyi yeməyi yeməməsi, bir gün baxdığı film o insanın həmin gün xarakterinin dəyişməsinə səbəb ola bilər. Eyni şəkildə, o gün iş yerlərində yaşadıqları bir hadisə və ya tərslik olaraq fikirləşdikləri bir vəziyyət tamamilə fərqli xarakter göstərmələrinə səbəb ola bilər. Hər hansısa bir səbəbdən anidən sevinə və üzülə bilər, günlərlə, həftələrlə duyğularının təsirində qala bilərlər.
Bu insanların göstərdikləri bu dəyişkən xarakter ətrafdakıları narahat edir. Çünki insanın ən əhəmiyyətli xüsusiyyətlərindən biri xarakterinin sağlam olmasıdır. Bu da insanın imanından qaynaqlanır. Sağlam xarakterli insan şərtlərdən asılı olmayaraq, çətinliklər və ya nemətlər qarşısında fərqli xarakter göstərməz. Bu insanlar sədaqətlidirlərsə, hər zaman sədaqətli olurlar. Fədakardırlarsa, hər zaman fədakar olurlar. Nə hava, nə fəsil, nə əldə etdikləri nailiyyətlər, nə yaşadıqları çətinliklər bu insanların ruh hallarına təsir etmir. Çünki möminlər xarakterlərini Qurana uyğun formalaşdırırlar. Hər an Quran əxlaqını ən mükəmməl şəkildə yaşamağı hədəflədikləri üçün bu əxlaqını dəyişdirmirlər.
İnsanlar bunu əsas götürməlidirlər: xarakterləri davamlı dəyişkən, hər gün, hər saat fərqli münasibət göstərən bir insanla dost olmaq istəyərdilərmi? Əlbəttə heç kim bu cür biriylə yoldaşlıq etmək istəməz. Hər insan qarşısında inana biləcəyi, tanıdığına əmin olduğu, nə vaxt nə edəcəyini, nəyə nə cür reaksiya verəcəyini bildiyi bir insan olmasını istəyər.

