Bəzi insanlar gün ərzində qarşılaşdıqları mövzular haqqındakı düşüncələrini “öz-özlərinə deyinərək” dilə gətirərlər. Bəzən narahat olduqları bir şey, bəzən naqislik olduğunu düşündükləri bir mövzu, bəzən gördükləri səhv rəftar, eşitdikləri bir söz bu insanların çox düşünmədən dərhal bu mövzulardakı narahatlıqlarını ifadə etmələrinə səbəb olar.
Əslində, insanın gördüyü səhvi dilə gətirməsi yanlış deyil. Amma bu danışığın səhv olmaması üçün mütləq (Allah rizası üçün) o səhvi düzəltmək lazımdır. Bir də əgər ortada səhv rəftar, söz ya da hadisə varsa, o zaman bunu mütləq mövzunu həll edə bilən insanlara çatdırmaq lazımdır. Eyni zamanda, səhvi ən gözəl, ən hikmətli, ən məqsədəuyğun sözlərlə qarşı tərəfə açıqlamaq lazımdır.
Deyinmə vərdişində sadaladığımız hədəflərin heç biri yoxdur. Məqsəd yalnız adamın ağlına gələnləri söyləyərək əsəbini aradan qaldırmasıdır. Bu da, deyinmənin nə qədər boş və səhv olduğunu dəqiq şəkildə ortaya qoyur.
Məsələn, “Bunu bura kim qoydu?”, “Bura bax, neçə gündür buranı heç təmizləyən olmayıb!”, “Nə qədər səs-küy salırlar!”, “Nə qədər çox sual verirlər?”, “Bax, yenə bunu səhv edib, neçə dəfə izah etmişəm!”, “Yenə ətrafı səliqəyə salmayıb!” kimi deyinmə növləri bir çox insanın heç düşünmədən gün boyu təkrarladığı cümlələrdəndir. Halbuki, mömin deyinmə vərdişinin Allaha inanan, qədəri, dünya həyatının imtahan yeri olduğunu və axirəti bilən bir insanın əxlaqına uyğun olmadığını bilər. Deyinmək möminin nəcibliyinə, şüuruna və vicdanına yaraşmayan bir rəftardır. Müsəlman lazım olsa gördüyü hər çatışmazlığı tək başına düzəldər, amma yenə də bunlardan şikayət etməz.

