Afrika dərzi quşu yarpaqları tikərək yuvasını gizlədir. Erkək dərzi quşu budağın ucunda bir-birinə yaxın böyüyən iki və ya daha çox böyük yaşıl yarpaq seçir. Sivri dimdiyi ilə yarpağın kənarını deşir. Sonra da dərzinin iplikdən istifadə etməsi kimi hörümçək torlarından və ya topladığı bitki liflərindən istifadə edir. Lifləri dəliklərdən çəkir və düşməməsi üçün hər birini düyünləyərək yarpaqları bir-birinə tikir. Yarpaqlar ilə örtülmüş kisədə dişisinin yumurta qoyacağı gizli yuva toxuyur. (The Encyclopedia of Animal Behaviour, səh. 42)
Dərzilik edən quş görmüşdünüz?
