Qarışqalar çox “yaxşı təşkilatlanmış” koloniyalar halında yaşayırlar. Qarışıqlıq çıxmaması üçün koloniyanın müəyyən nizamla hərəkət etməsi çox vacibdir.
Kollektiv iş birliyi, hərbi strategiya, inkişaf etmiş əlaqə şəbəkəsi, nümunəvi və rasional iyerarxiya, intizam, mükəmməl şəhərsalma… Bu oxuduğunuz torpağın üzərində, yalnızca giriş hissəsini gördüyünüz qarışqa yuvalarının qısa xülasəsidir. Qarışqalar insanların da çox vaxt müvəffəqiyyət qazana bilmədiyi bu sahələrdə çox bacarıqlıdırlar. Torpağın altındakı yuvalarında həm qida toplayır, həm yuvalarını müşahidə edir, həm koloniyalarını qoruyur, həm də savaşırlar. “Dərzilik”lə, “kənd təsərrüfatı” ilə məşğul olan, “heyvan yetişdirən” qarışqa koloniyaları da vardır. Çox güclü rabitə şəbəkələri olan bu canlıların həyatını araşdırsaq kütləvi təşkilatçılıq baxımından heç bir canlı ilə müqayisə edilməyən üstünlüyə sahib olduğunu görərik. Qarışqaların hər biri öz üzərinə düşən vəzifəni qüsursuz yerinə yetirir. Hər bir fərd üçün əsas olan şəxsi istəyi deyil, koloniyanın gələcəyidir.
Allah Quranda canlılardakı dəlillərə diqqət çəkərək onlar üzərində düşünməyimizi istəyir. Qarışqalar da Allahın diqqət çəkdiyi, üzərində düşünməli olduğumuz canlılardan biridir:
Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır. Sizin yaradılışınızda və Allahın yer üzünə yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. (Casiyə surəsi / 3-4)
Qarışqalar qərargahdan fərqlənməyən yuvalarını tikərkən heç bir təlim keçmirlər. Hər biri öz vəzifəsini bilir və yumurtadan çıxan kimi dərhal yerinə yetirməyə başlayır. Yuvanı necə tikəcəyini, qidanı necə tapacağını, sürfələrə necə baxacağını, qısası, nə etməli olduğunu çox yaxşı bilir və tətbiq edirlər. Bu onu göstərir ki, qarışqalar dünyaya gəlmədən əvvəl bu bilgilərə sahib olurlar. Daha doğrusu bütün bunlar ilk ortaya çıxdıqda Uca Allah tərəfindən onlara ilham edilir.

