DƏRR – Zərər verən şeylər yaradan

Mən heç Ondan qeyri tanrılarmı qəbul edərəm?! Əgər Rəhman mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər. (Yasin surəsi, 23)

Anidən gələn ölüm, gözlənilməyən xəstəlik, qasırğa, zəlzələ, gələcək qorxusu, qəza, stress, mal itkisi, qocalma… bütün bunlar axirətdən qafil olanlar üçün qorxu və ümidsizlik yaradır. Yaxşı, insanlara qarşı bu qədər mərhəmətli olan Allahın dünya həyatında belə hadisələr yaratmasının hikmətləri nələrdir? Çünki Allah həm çətinliyi, həm də asanlığı yaradaraq insanı imtahan edir və verdiyi nemətlərin daha yaxşı qiymətləndirilməsini təmin edir.