Möminlər bu ayənin təcəllisi olaraq, Uca Allahın izni ilə olduqları yeri sanki cənnətə çevirərkən, özləri üçün Quran ayələrini rəhbər edərlər. Dərin iman, Allaha şərtsiz təslim olmağı, Onun əmr və tövsiyələrinə düzgün riayət etməyi, Allahın əmrlərini yerinə yetirərkən şeytanın hiyləgər tələlərinə və nəfsinin eqoist oyunlarına qətiyyən boyun əyməməyi, Allahın bildirdiyi din əxlaqını yaşama mövzusunda həyatı boyu davam edən qəti şəkildə qərarlı olmağı təmin edir.
Uca Allahın əmr etdiyi gözəl əxlaq xüsusiyyətlərini qazanmağa çalışıb, nəfsini pislikdən qoruyan, özünü Allaha şərtsiz təslim edən möminlər, Allahdan rəhmət olaraq dünyada cənnəti yaşamağa başlayarlar.
Mənəvi təmizlik, bir insanın ağlından və vicdanından hər cür pisliyi uzaqlaşdırmasıdır. Möminlər, insanın nəfsində olan kin, qısqanclıq, zalımlıq, eqoistlik kimi pis xüsusiyyətləri ruhundan təmizləmək, boş düşüncələrdən, işlərdən və sözlərdən üz çevirmək üçün böyük səy göstərərək hər cür çirkinlikdən təmizlənirlər. Rəbbimiz Quranda möminlər üçün “təmiz ağıl sahibləri” deyə buyuraraq iman sahibi qullarının bu əhəmiyyətli xüsusiyyətlərini belə bildirmişdir:
Onlar sözü dinləyər, sonra da onun ən gözəlinə (Qurana) tabe olarlar. Onlar Allahın doğru yola yönəltdiyi kimsələrdir. Əsil təmiz ağıl sahibləri də onlardır. (Zumər surəsi, 18)
Dərin imanlı insan dünya həyatını, iman etməyən insanlardan çox fərqli düşünər və yaşayar. Hər an xoşbəxt və xoş əhval-ruhiyyəli olmaları, heç bir şeyə görə kədərlənməməyi, qətiyyən ümidsizliyə qapılmamaları, heç bir səbəblə əhvalının pozulmamağı, mənfi kimi görünən hadisələr başlarına gələndə də son dərəcə rahat və sakit olmaları dərin iman edənlər və etməyənlər arasındakı fərqin ən açıq nümunələrindəndir.
Bəzi insanlar, Allahın əmr və tövsiyələrinə əməl edərək yaşayacaqları halda bədbəxt olacaqlarını zənn edərək din əxlaqından uzaqlaşırlar. Halbuki, əslində din əxlaqından uzaqlaşan insanlar bədbəxt olarlar. Bədbəxtliyin səbəbini də heç cür anlaya bilməz, süni üsullarla buna tədbir görməyə çalışarlar. Amma nə etsələr həqiqi mənada xoşbəxt ola bilməzlər.
Həqiqi xoşbəxtlik ancaq Allaha yönəlməklə yaşanar. Allah bir ayədə bu vəziyyəti belə bildirir:
Allah dilədiyi kimsəyə ruzisini bol verər, dilədiyinin ruzisini də azaldar. Onlar dünya həyatı ilə sevinib təkəbbürləndilər. Halbuki dünya həyatı axirət ilə müqayisədə yalnız müvəqqəti mənfəətdən ibarətdir. (Rad surəsi, 26)
İman edən insanlar isə hər an xoşbəxt və xoş əhval ruhiyyədə olurlar. Xoşbəxt olmaq, sevincli olmaq üçün xüsusi bir səbəb axtarmağa ehtiyacları yoxdur. Onlar onsuz da iman etmiş olduqlarına, Allahın varlığını, dəlillərini baxdıqları hər yerdə gördüklərinə və Allahın cənnət vədini sevinclə ümid etdiklərinə görə həmişə xoşbəxtdirlər. İman etməyən insanlar da iman edənlərin hər an xoşbəxt, sevincli, təvəkküllü hallarına çox təəccüblənir, bunun səbəbini heç cür qavraya bilmirlər. Xüsusilə də, müsəlmanların başına gələn hər çətinliyə xeyir gözü ilə baxmalarını heyrətlə qarşılayırlar. Özlərinin çox tez bədbəxtliyə, kədərə düçar olacaqları bir hadisə qarşısında müsəlmanların kədərlənməməyi hər zaman səbirli, etiqadlı olmaları, hər nə olursa olsun, hadisələrdə həmişə xeyir, hikmət görmələri, həyatı boyunca tez-tez çətinliklərlə qarşılaşdıqları halda rahat və hüzurlu olmaları onları çox təəccübləndirir.
Halbuki, möminlər başqalarının öhdəsindən gələ bilməyəcəyi çətinliklərlə qarşılaşırlar. Məsələn, qınanırlar, tənqid edilirlər, böhtan kimi müxtəlif psixoloji təzyiqlərə məruz qalırlar. Tarix boyunca inkar edənlərin müxtəlif təzyiqlərə məruz qalan, ölümlə hədələnən peyğəmbərlər və saleh möminlərin vəziyyəti buna açıq nümunədir. Qarşılaşdıqları çətinliklər peyğəmbərlərin Allah yolunda daha da şövqlə mübarizə etmələrinə vəsilə olmuşdur. Beləliklə, qarşılaşdıqları çətinliklər peyğəmbərləri izləyən möminlərin də sevincini artırır, onlar da imanın zövqünü, əziyyət və çətinliyin içində daha da qüvvətli şəkildə yaşayarlar. Hər şeyin Allahdan olduğunu bilirlər, Allahın yaratdığı taleyə tam təslim olurlar. Bu iman, Allahın Quranda təqdir etdiyi, məqbul olduğunu vurğuladığı iman şəklidir. Allah bir ayədə belə buyurur:
Neçə-neçə peyğəmbər vardır ki, onunla bərabər çoxlu sayda dindar vuruşmuşdur. Onlar Allah yolunda başlarına gələn müsibətlərə görə ruhdan düşmədilər, acizlik göstərmədilər və (inkar edənlərə) boyun əymədilər. Allah səbir edənləri sevər. (Ali İmran surəsi, 146)
Kainatın yeganə hakimi olan Uca Allah, sahib olunan bütün nemətlərin tək və mütləq Yaradıcısıdır. Bütün insanlar Rəbbimizin lütfü ilə bu gözəlliklərə sahib ola bilir və yenə Onun rəhməti ilə bunlardan zövq alıb şükür edə bilirlər.
Buna görə də, əsl xoşbəxtliyi əldə edə bilməyin tək yolu Allaha dərin iman etməkdir. Bu həqiqət Quranda “… Xəbəriniz olsun; qəlblər yalnız Allahın zikri ilə mutmain (rahatlıq) tapar.” (Rəd surəsi, 28) ayəsi ilə xəbər verilir. Yaşanılan bədbəxtlikdən və sıxıntıdan ancaq Allahın rəhməti və bəndələri üzərindəki lütfü, yaxşı qavrandığı və iman əxlaqı yaşandığı təqdirdə xilas oluna bilər. Dünya həyatından ancaq bu cür həqiqi mənada zövq alına bilər, belə gözəlliklərin dəyəri tam olaraq anlaşıla bilər. Məsələn, qərənfilin yarpaqlarındakı qüsursuz düzümü və qoxunu hiss etmək, bu bənzərsiz gözəlliyin böyük nemət olaraq yaradıldığını anlamaq üçün bunları təqdir edə biləcək anlayışa sahib olmaq lazımdır. Bunu həqiqi mənada anlayan insanlar da yalnız dərin iman sahibləridir. Çünki, Allaha dərin iman edən insanlar dünyadakı hər şeyin Rəbbimizin böyük lütfü olduğunu şüurlu şəkildə başa düşürlər.

