Dərin düşünmək necə olur?

Mömin Allahın yaratdıqlarını görüb düşünər

Allaha iman edənlərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri, Allahın yaratdığı dəlilləri görə bilməməkdir. Mömin ətrafındakı hər incəlikdə Allahın qüdrətini və sənətini görər, Onu zikr edər və Ona yaxınlaşmağa yol tapar. Möminlərin bu xüsusiyyəti Quranda belə izah edilir:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür və deyirlər: “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru! (Ali İmran surəsi, 191)

Allah, Quranın bir çox yerində “düşünmürsünüzmü”, “düşünənlər üçün dəlillər vardır” ifadələriylə möminlərə dərin düşünməyin əhəmiyyətini vurğulayır. Düşünüləcək mövzular isə sonsuzdur. Mömin, kainatdakı fövqəladə nizam, yer üzündəki canlılar, bunların sahib olduğu qüsursuz sistemlər, insanın başına gələn hər hansı bir hadisə, Allahın dayanmadan yaratdığı nemətlər, inkarçılara verilən bəlalar, cənnət, cəhənnəm, sonsuzluq kimi bir çox mövzu üzərində düşünər və Allahın varlığını, ucalığını, sonsuz ağlını daha yaxşı təqdir edər.