Allaha iman edənlərin ən vacib xüsusiyyətlərindən biri də Allahın yaratdığı dəlilləri görə bilmələridir. Mömin ətrafındakı hər incəlikdə Allahın gücünü və sənətini görər, Onu ucaldar və Ona yaxınlaşmağın yolunu tapar. Möminlərin bu xüsusiyyəti Quranda belə təsvir olunur:
Onlar ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında düşünərlər (və belə deyərlər:) “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan. Sən pak və müqəddəssən! Bizi cəhənnəm əzabından qoru! (Ali İmran surəsi, 191)
Quranın bir çox yerində Allah möminlərə dərin düşünməyin əhəmiyyətini “Düşünmürsünüzmü?” və “Düşünənlər üçün dəlillər var” kimi ifadələrlə vurğulayır. Düşünmək üçün mövzular sonsuzdur. Mömin kainatın fövqəladə nizamını, Yer üzündəki canlıları və onların qüsursuz sistemlərini, insanın başına gələn hər hansı bir hadisəni, Allahın davamlı olaraq yaratdığı nemətləri, kafirlərə göndərdiyi bəlaları, Cənnəti, Cəhənnəmi, əbədiyyəti və bir çox başqa mövzuları düşünərək Allahın varlığını, böyüklüyünü və sonsuz ağlını daha yaxşı təqdir edər.

