Dərhal azab verməmək

İnsanların etdikləri pis əməllərin qarşılığını dərhal almamağı, hər qarşılığın müəyyən vaxta

İnsanların etdikləri pis əməllərin qarşılığını dərhal almamağı, hər qarşılığın müəyyən vaxta qədər təxirə salınması Quranda bildirilən sirlərdən biridir. Allah bunu ayələrdə belə bildirir:

Əgər Allah insanları qazandıqları günahlarına görə (dərhal) cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin onları təyin edilmiş bir vaxta qədər təxirə salır. Onların vaxtı gəldiyi zaman (əməllərinin qarşılığını verəcəkdir)! Həqiqətən, Allah qullarını görür. (Fatir surəsi, 45)

Sənin Rəbbin bağışlayandır, mərhəmətlidir. Əgər (Rəbbin) onları günahlarına görə (dərhal) cəzalandırası olsaydı, əlbəttə, onlara tezliklə əzab verərdi. Ancaq onlar üçün təyin olunmuş bir vaxt vardır. Onlar (əzab gəldiyi zaman) sığınacaq bir yer tapa bilməyəcəklər. (Kəhf surəsi, 58)

Bir çox insan etdiyi pis əməlin qarşılığını dərhal almadıqda, pis əməllərin qarşılıqsız qala biləcəyini zənn edir. Hətta Buna görə də, tövbə etməz, peşmanlıq duymaz və rəftarını düzəltməz, qarşılıqsız qalacağını zənn etdiyi üçün azğınlığını daha da artırar. Ağılsız olduğu üçün, bunun, qarşıda özünü gözləyən əzabı daha da dözülməz edəcəyini hesab edə bilməz. Allah bu mövzuda belə buyurur:

Kafirlər, onlara verdiyimiz möhlətin özləri üçün daha xeyirli olduğunu sanmasınlar. Onlara ancaq günahlarını artırmaları üçün möhlət veririk. Onlar üçün alçaldıcı bir əzab vardır. (Ali İmran surəsi, 178)

Bu, Allahın insanları sınamaq üçün yaratdığı təxirə salmadır. Halbuki, hər insanın etdiklərinin qarşılığını alması üçün Allah qatında təyin olunmuş müddət var. O müddət gəldiyində nə bir an tezləşdirilər, nə bir an gecikdirilər. Allah hər kəsin qarşılığını mütləq alacağını ayələrdə belə açıqlayır:

Əgər Rəbbin tərəfindən daha əvvəl verilmiş bir söz və təyin edilmiş bir vaxt olmasaydı, şübhəsiz ki, (onların bu dünyada cəzalandırılmaları) vacib olardı. (Taha surəsi, 129)

Mən onlara möhlət verirəm. Şübhəsiz ki, Mənim məkrim (əzabım) çox şiddətlidir! (Əraf surəsi, 183)