Dəqiqədə 36 milyon əməliyyat aparan fermentlər

Canlıların bədənində hər saniyə sayıla bilməyəcək qədər çox əməliyyat həyata keçir

Canlıların bədənində hər saniyə sayıla bilməyəcək qədər çox əməliyyat həyata keçir. Bu əməliyyatlar o qədər təfsilatlıdır ki, hər mərhələdə hər şeyə nəzarət edən, nizamlayan və hadisələri sürətləndirən “super nəzarət edicilərin” müdaxiləsinə ehtiyac vardır. İnsan bədənindəki bu super nəzarət edicilər, fermentlərdir.

Hər canlı hüceyrədə, hər biri öz xüsusi işini görən, məsələn DNT köçürməsinə kömək edən, qida maddələrini parçalayan, qidalardan enerji əldə edən, sadə molekullardan zəncir düzəldilməsini təmin edən və bunlar kimi saysız işlər görən minlərlə ferment var.

Fermentlər hüceyrənin içindəki mitoxondrilərdə istehsal edilir. Böyük hissəsi zülallardan ibarətdir, qalanları isə vitamin və vitaminə oxşar maddələrdir. Əgər bu fermentlər olmasaydı, ən sadəsindən ən mürəkkəbinə qədər heç bir funksiyanız işləməz ya da dayanma həddinə qədər yavaşlayardı. Nəticədə hər iki halda da vəziyyət dəyişməzdi və ölüm reallaşardı. Nəfəs ala bilməz, bir şey yeyə bilməz, həzm edə bilməz, görə bilməz, danışa bilməz qısacası yaşaya bilməzdik.

Fermentlərin ən əhəmiyyətli vəzifələri bədəndəki bəzi kimyəvi reaksiyaları başladıb dayandırmaq və onları sürətləndirməkdir. Bədəndəki hüceyrələr vəzifələrini yerinə yetirərkən, tərkibindəki kimyəvi maddələrin reaksiyaya girməsi lazımdır. Kimyəvi reaksiyaların başlaması üçün isə yüksək dərəcədə istilik lazımlıdır. Bu yüksək istilik isə canlı hüceyrələrin həyatı üçün təhlükəli bir vəziyyətdir; hüceyrələrin ölümünə səbəb olar. Burda bu problemi həll edənlər yaradılış möcüzəsi fermentlərdir. Yüksək istiliyə ehtiyac olmadan, fermentlər kimyəvi reaksiyaları başladır və ya sürətləndirirlər, ancaq özləri reaksiyaya girməzlər.

Fermentlərin hüceyrələrimizdə meydana gələn hadisələri sürətləndirməsi ilə əlaqədar gündəlik həyatdan bir nümunə verə bilərik: Nəfəs alıb verərkən karbon dioksidin qanımızdan təmizlənməsində vəzifəli olan bir ferment sayəsində boğulmadan həyatımıza davam edə bilirik. Çünki “anhidraz” adlı bir ferment karbon dioksidin təmizlənmə əməliyyatının sürətini 10 milyon dəfə artırır. Bu sürətlə fermentlər bir dəqiqədə 36 milyon molekulu dəyişikliyə məruz qoyma imkanına sahibdirlər.

Fermentlər həm vacib olan reaksiyaların ən sürətli şəkildə reallaşmasını təmin edir, həm də bədən enerjisini ən qənaətli şəkildə istifadə edirlər. Əgər insan bədənini bir zavod, içində işləyən fermentləri də zavoddakı istehsal vasitələri kimi düşünsək, bu cür zavoda enerji qaynağı çatmaz. Çünki 2000 fərqli növü olan, trilyonlarca maşının qüsursuz şəkildə belə bir sürətdə işləməyi üçün lazım olan enerji çox yüksəkdir. Qaldı ki hüceyrə içindəki sadə bir reaksiyanı laboratoriya mühitində reallaşdırmaq üçün olduqca çox miqdarda istilik və enerji istifadə edilməsi lazımdır.

Halbuki hüceyrələrdə səssizcə işləyən fermentlər bədənin istiliyi ilə və qidalardan əldə etdikləri enerji ilə bütün vəzifələrini mükəmməl yerinə yetirirlər. Yalnız bu xüsusiyyətləri belə, fermentlərin bədəndə meydana gələn hər hadisəni ən qüsursuz və ən rahat hala gətirmək üçün hazırlanmış qabiliyyətli işçilər olduqlarını görmək üçün kifayətdir. Siz bu yazını oxuyarkən də bir çox ferment bədəninizin hər bir yerində meydana gələn reaksiyalara nəzarət etməkdə və onları hüceyrələrinizin həyatını təmin edəcək şəklə gətirməkdədirlər.

İnsan, bədənində daha nələrin baş verdiyini bilmədən, fermentlər həm bunlardan xəbərdardırlar, həm də bütün əməliyyatlara son dərəcə əhəmiyyətli və yerində müdaxilə edirlər. Ayrıca hər bir ferment bədəndəki müəyyən kimyəvi reaksiyaları sürətləndirir. Heç bir ferment başqa fermentin vəzifəsini yerinə yetirməz, öz vəzifəsində isə səhv etməz. Çünki hər bir ferment öz vəzifəsi üçün xüsusi olaraq yaradılmışdır. Məsələn fermentlərin böyük bir hissəsi neytral vəziyyətdəki sulu mühitdə təsirli ola bilərkən, mədədə qidaları həzm etməklə vəzifəli olan fermentlər isə ancaq turşulu mühitdə təsirli ola bilirlər. Və ya tüpürcəkdə nişastanı maltoza parçalayan amilaz fermenti qidaya yemək borusu boyunca birlikdə hərəkət edir, ancaq mədəyə çatdığında oradakı turşulu mühit bu fermenti təsirsiz edir. Onsuz da mədəyə çatdığında bu fermentin işi də bitir Elmin inkişafı ilə fermentlər, zülallar və bütün oxşar quruluşlarla əlaqədar təfsilatlar ortaya çıxdıqca, təkamül nəzəriyyəsinin etibarsızlığı da ortaya çıxmaqdadır. Bu mikro dünyadakı quruluşda, elm adamlarının istəsələr də istəməsələr də, canlılıqda qüsursuz bir dizayn olduğunu qəbul etmələrinə səbəb olmaqdadır. Mikrobioloq Malcolm Dixon bu elm adamlarından biridir:

“Ferment sistemi hər dəqiqə bütün günü işləyən kimyagərlərin edə bilmədiyini edir, heç kim təbii olaraq mövcud olan fermentlərin yüzlərlə yoldaşı ilə birgə təsadüfən bir-birlərini tapmalarını ciddi olaraq düşünə bilərmi? Fermentlər və ferment sistemləri eyni genetik mexanizmlər kimi məhək daşlarıdır. Daha geniş tədqiqat aparıldığında daha geniş dizayn ortaya çıxarır.”

Tək bir fermentin belə təsadüflər nəticəsində özbaşına meydana gəlməsi, elm adamlarının da dediyi kimi qətiyyən qeyri-mümkündür. Halbuki tək bir fermenti meydana gətirmək üçün 50 fərqli ferment bir yerdə işləyir. Bir fermentin tək bir amin turşusunu sintez etmək üçün isə ayrıca 9 fərqli fermentə ehtiyac vardır. Burada bir sual meydana çıxır: Digər fermentlər olmadan ilk ferment necə meydana gəlib? Bu, təkamülçülərin heç vaxt cavab verə bilməyəcəyi bir sualdır.

Fermentlərin kimyəvi istehsal problemlərinin yanında, bir xüsusiyyətləri daha var; fermentlər meydana gəldikdə əgər lazımlı şərtlərdə qorunmazlarsa asanlıqla yox olurlar və ya passiv hala gəlirlər, yəni işə yaramırlar.

Nəticə olaraq, tək bir fermentin belə işlək halda olması üçün digər bütün fermentlərin, hüceyrənin, sistemlərin və quruluşların hazır olması lazımlıdır. Yaxşı o zaman ilk ferment necə meydana gəlib? Bu problemin cavabı çox açıqdır. Hər canlını bütün molekulları ilə, hüceyrələri ilə, ferment və zülalları ilə birlikdə eyni anda bir bütün olaraq, qüsursuz bir şəkildə var edən Uca Allah yaratmışdır.

Ey insan! Kərəm sahibi olan Rəbbinə qarşı səni aldadan nədir? O (Rəbbin) ki, səni yaratdı, sənə düzgün bir surət verdi və səni (bədən üzvlərini) nizama saldı. (İnfitar surəsi, 6-7)