Dəqiq olmayan xəbərləri yaymamaq

Quran əxlaqına əməl olunan bir cəmiyyətdə müsəlmanların zərər və ya mənfəətləri ilə birbaşa və

Quran əxlaqına əməl olunan bir cəmiyyətdə müsəlmanların zərər və ya mənfəətləri ilə birbaşa və ya dolayısı ilə əlaqədar olan hər bir xəbər və məlumatın həmin xəbərdən ən doğru nəticəni çıxaracaq səlahiyyətli və məsul insanlara çatdırılması Allahın qəti əmridir. Quranda belə xəbərlər “əmin-amanlıq və ya qorxu xəbəri” kimi göstərilir.

Ayədə göstərilən xəbərin insanlar arasında yayılmasının bir çox mənfi cəhətləri var. Birincisi, həmin xəbər lazım olan əsas yerlərə çatmayacaq və ya təhrif olunaraq çox fərqli şəkildə çatacaq. Buna görə də təcili qərarın qəbul edilməsini tələb edən məsələlərlə bağlı tədbirlərin görülməsi yubadılaraq, vaxtında lazımi tədbirlər görülməyəcəkdir. Bu da nəticə etibarilə İslamın və ya müsəlmanların bəzi maraqlarının ziyana uğramasına gətirib çıxaracaqdır. İkincisi isə bəlkə də İslamın faydası baxımından gizli qalmalı, yayılmamalı olan bir xəbərin yayılması dini inkar edən müşrik, münafiq kimi İslam əxlaqına qarşı mübarizə aparanların bundan xəbərdar olmalarına, bu xəbərdən müsəlmanların əleyhinə istifadə etmələrinə səbəb olacaq. Və ya ən azı bu xəbərə əsaslanan gizli bir tədbirin görülməsi imkansız olacaqdır.

Buna görə də bu qəbildən olan xəbərlər onu ən doğru və ən gözəl şəkildə şərh edəcək, onunla bağlı ən doğru qiymətləndirmələr aparacaq və ən düzgün qərar qəbul edib lazımi tədbirləri görəcək səlahiyyətli və məsul insanlara tezliklə çatdırılmalıdır.

Bir mömin, yaşadığı şəraitdə üzləşdiyi qorxu və əmin-amanlıq xəbərlərini olduqca həssas bir şəkildə ayırd etməsi və vaxt itirmədən lazımi yerlərə çatdırması üçün ağıl və sayıqlığa malik olması vacib şərtdir. Belə bir anlayışa malik olan möminlərin sayının artması isə Quran əxlaqının yayılmasına əhəmiyyətli dərəcədə təsir edə bilər.