Materializm və onun uydurma elmi dayağı darvinizm bənzəri ateizm əsasında qurulan ideologiyalar, kainatdakı incə plan və hesab tələb edən təfərrüatları, canlıların meydana gəlməsini təmin edən tarazlıqları öz ağıllarına görə təsadüflərə əlaqələndirərlər. Allahın varlığını və yaradılış həqiqətini inkar etmək naminə, bütün imkansızlıqları yox sayaraq, kainatdakı bütün həssas tarazlıqların tam olmaları lazım olan ölçülərlə, milyardlarla ildir ki, heç dəyişikliyə uğramadan, təsadüf nəticəsində var olduqlarını irəli sürürlər (Allahı tənzih edirik). Halbuki, bu qüsursuz nizam, bir an üçün təsadüfi təsirlərlə əmələ gəlsəydi, şübhəsiz ki, indi nə oxuduğunuz bu kitabın varlığından, nə də yer üzündəki canlılardan danışmağımız mümkün olardı. Çünki təsadüfən meydana gələn hadisələr, təsadüfi təsirlərin nəticəsi ilə əsla bir-biriylə əlaqələnmiş, nizamlı sistemləri, canlılardakı müəyyən məqsədlərə xidmət edən ağıl məhsulu sistemləri əmələ gətirə bilməz.
Ağıl və məntiq sahibi bir insan olaraq xaos və nizamsızlıqdan, fövqəladə bir nizamın var ola bilməyəcəyini siz də asanlıqla təqdir edə bilərsiniz. Həqiqətləri gizlətməyə icazə verməyən bir vicdanınız varsa; bu, çox istisna hallarda baş verən şərtlərin bir araya gəlməsiylə davam edən həyatın, öz-özünə ortaya çıxa bilməyəcəyini də dərhal başa düşərsiniz. Vicdanlı düşünürsünüzsə; təsadüf deyilən məfhumun yaratma gücünə sahib ola bilməyəcəyini; Bu səbəbdən də delfinlərin, rəngarəng balıqların, quzuların, tovuzquşularının, bənövşələrin, üzüm və insanların təsadüflər nəticəsində meydana gəlməyəcəyini də qəti bir qənaətlə təsdiq edərsiniz.
Quranda inkar edən kəslərin də bu həqiqətləri bildiklərinə, “Buna qəti inandıqları halda, haqsızcasına və təşəxxüslə onları inkar etdilər…” (Nəml surəsi, 14) və “Özünüz də bilə-bilə haqqa batil donu geyindirməyin və haqqı gizlətməyin” (Bəqərə surəsi, 42) ayələriylə diqqət çəkilir. Allah haqqın batil olanlar üzərindəki üstünlüyünü isə, “Xeyr, Biz haqqı batilin üstünə atarıq və o da onun işini bitirər. Bir anda batilin yox olub getdiyini görərsiniz…” (Ənbiya surəsi, 18) ayəsiylə xəbər verir. Başqa sözlə, Allahın varlığının dəlillərini görməməzlikdən gəlmək istəyənlər, həqiqətlərdən nə qədər qaçırlarsa qaçsınlar, bir ömür boyu tənəffüs etdikləri havada, içdikləri suda, seyr etdikləri mənzərədə, Allahın hüdudsuz gücü, elmi, sənəti ilə əhatə edilmiş olaraq yaşayacaqlar.

