Dejavu

Tarix boyunca mübahisə edilən mövzulardan biridə taledir

Tarix boyunca mübahisə edilən mövzulardan biridə taledir. Allahın kainatı və canlıları, keçmiş və gələcək bütün hadisələri “bir anda” yaratmasına tale deyilir. Bu da kainatın yaradılmasından qiyamətə qədər baş verən bütün hadisələrin Allah Qatında “baş verib bitməsi” deməkdir. Hələ baş verməyən hadisələr “bizim” üçün gələcək sayılır, Allah üçün deyil. Allah zamana və məkana tabe deyil, çünki zamanı və məkanı yaradan Odur. Qısaca, Allah üçün keçmiş, gələcək və indi eynidir və hər şey olub bitmişdir. Məsələn, Allah hz. Musa doğulmadan və ya Misir dövləti qurulmadan Fironun həyatının necə olacağını bilir. Çünki bunların hamısı Allah Qatında “bircə an” olaraq yaradılmışdır.

Tale həqiqətini Quranın bir çox ayələrində görmək mümkündür. Məsələn, “…Halbuki göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqdır.” (Ali İmran surəsi, 83) ayəsində də bildirildiyi kimi, kainatdakı hər şey “istəsə də, istəməsə də” Allaha təslim olaraq taleyə tabe olmuşdur. Başqa sözlə desək, Allahın iradəsi heç vaxt keçilə bilməz. Hər bir hadisə Onun təyin etdiyi tale daxilində baş verir. Onun iradəsi, rizası və əmri olmadan heç bir şey dəyişə bilməz. “Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.” (Ənam surəsi, 59) ayəsi və ya “Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz!…” (İnsan surəsi, 30), “Biz, həqiqətən də, hər şeyi tale ilə yaratdıq.” (Qamər surəsi, 49) ayələri də Allahın bütün varlıqlar üzərindəki hakimiyyətini və talenin işlədiyini göstərən digər dəlillərdəndir.

İnsanın bütün həyatı film lenti kimidir. Biz bu lentdə olanları yaşayarkən, sanki televizorda filmi izləyirik. Filmdəki hər bir hadisəni anbaan yaşayırıq. Allah isə film lentində olanları əvvəlcədən bilir. Çünki filmi bütün incəlikləri ilə yaradan Odur.