“İnsanlıq” adı altında təqdim edilən fəlsəfə də İngilis dərin dövlətinin Firon dövründən öyrəndiyi bir dindir.
İngilis dərin dövlətinin bir inancı, bir dini vardır. Buna “humanizm” deyilir, yəni digər adı “insanlıq”. Bu bir dindir, humanizm bir dindir. İngilis dərin dövlətinin yaratdığı bir dindir. Bunları Firon da müdafiə etmişdir, Nəmrud da müdafiə etmişdir. Bütün dəccalların müdafiə etdiyi bir dindir. Yəni dəccallar bu dinin qaydalarını ortaya qoyur. İndi “insanlıq” deyir “nədir” deyə soruşduqda, Firon: “Mənə görə insanlıq, məsələn, Fironun Allah olduğunu qəbul etməkdir”. Başqa? “Bütün Misirin mülkünün ona aid olduğunu bilmək, soğan yemək, sarımsaq yemək” sonra “bütün gücü ilə çalışmaq, Firona xidmət etmək və xalqı siniflərə ayırmaqdır”.
Fironun xüsusiyyəti xalqı siniflərə ayırması idi, Quranda bu cür deyilir. “Xalqı siniflərə ayırar” deyir növ-növ qruplara ayırır, xalqı bölüb-parçalayır. Və xalqı alçaldır, hörmətdən salır, adam yerinə qoymur. “Siz cahilsiniz, mədəniyyətsizsiniz, kəndlisiniz, sadəsiniz, ağılsızsınız, mən sizdən ucayam və böyüyəm” -deyir. İngilis dərin dövlətinin etdiyi də budur əslində. İnsanları parçalayır, bölür ondan sonra yox etməyə çalışır. Firon da insanları bölüb parçalayıb ondan sonra yox etməyə çalışırdı. Məsələn, Böyük Orta Şərq layihəsi tam Fironun layihəsidir. Böl-parçala-yox et. Firon da eynisini edirdi, bölüb parçalayıb yox edirdi. Quranda o parçalama xüsusiyyəti Fironun xüsusiyyəti olaraq ayrı bir hökm kimi ayədə keçir. Buna görə də, “insanlıq” sözünü, məsələn, müsəlman: “Mənə görə insanlıq müsəlmanlıqdır” -deyər. Amma Firona görə insanlıq Fironun qanunlarını qəbul etməkdir. Yəni “insanlıq” sözü qapalı bir ifadədir. Bunu hər inanc özünə çəkə bilər.
Məsələn, insan olmaq bir kommunistə görə kommunist olmaqdır. Hətta ona adam olmaq deyər. Adam kimi adam olmaq da deyər. İnsan olmaq əsl onların istifadə etdiyidir. Yəni humanizmin istifadə etdiyi silahdır. Amma İngilis dərin dövlətinin dini humanizmdir, yəni insanlıq. Orada qayda yoxdur, homoseksuallara azadlıq, Allahın varlığını inkar etmək, yəni eyni zamanda Rumi düşüncə. Rumilik İslamı kökündən rədd edər, “Bizim yolumuzda müsəlmanlıq yoxdur” -deyir. İnsanlıq-humanizmdə də belədir, yəni müəyyən bir din yoxdur. Rumilik də müəyyən bir din qəbul etmir. Haqq dinləri qəbul etmir. “Mən dinlərin üstündəyəm” -deyir. Humanizm də, insanlıq dini də bütün dinlərin üstündə olur, din qəbul etməz. Müsəlman dindarlığını Allah rizası üçün edər. Və hər yerdə də, hər şeydə dindarlıq hakimdir.

