Dəccalın Fikir Sistemi Hz. İsa Tərəfindən Təsirsiz Hala Gətiriləcək?

Peyğəmbərimiz (s.ə.v)-in hədislərində hz. İsa və hz. Mehdinin Axırzamanda icra edəcəkləri böyük fikri mübarizədə, qarşılarındakı ən əhəmiyyətli mənfi gücün nə olacağı da xəbər verilmişdir. Bu mənfi güc “dəccal”dır. Etibarlı hədislərdə və təməl İslami qaynaqlarda qiyamətin böyük əlamətlərindən biri olaraq sayılan dəccal adı, “dcl” kökündən gələn “yalançı, hiyləgər, zehinləri, qəlbləri, yaxşı ilə pisi, haqq ilə batili qarışdıran, bir şeyi bəzəyib həqiqi üzünü gizləyən, hər yeri gəzən müfsid (fəsadlaşdıran) və pis insan” mənasını verir.

Dəccal maddi güc və imkanları ilə yanaşı, bəzi fövqəladə güclərə də sahib olacaq və insanların böyük əksəriyyətini bu gücləri ilə təsiri altına alacaq. Bu şəkildə fövqəladə işlər edərək bəzi saxta möcüzələrlə insanları aldatdığı və şeytanların dəstəyiylə hərəkət etdiyi üçün, dəccalın məğlub olması, ancaq Rəbbimizin müxtəlif möcüzələr bəxş etdiyi müqəddəs peyğəmbəri hz. İsa vəsiləsiylə olacaq. Hz. İsanın dəccalın fitnəsini yox etməsi, Allahın icazəsiylə, çox sürətli və asan olacaq. (Hz. İsa Allahın bir rəhməti olaraq, ölüləri diriltmək, xəstələri yaxşılaşdırmaq, palçıqdan bir quş düzəldib üfləyərək can vermək kimi möcüzələr göstərmişdir).

Peyğəmbərimiz (s.ə.v)-in hədislərində dəccaliyyətin fikri olaraq tam mənasıyla ləğv edilməsini hz. İsa vəsiləsiylə olacağı belə müjdələnmişdir:

Rəbbim mənə (hz. İsa) dəccalın çıxacağını xəbər verdi. Yanımda kadib ağacından düzəldilmiş iki ox olacaq. Dəccal onları görüncə duzun suda əriməsi kimi əriyəcək. (Abdullah ibn Məsud, Təfsiri İbni Məsud, səh. 243)

Allahın düşməni olan Məsihi dəccal, İsa əleyhissalamı görüncə, duzun suda əridiyi kimi əriyər. Hz. İsa onu tərk edib buraxsa belə həlak olana qədər əriyib gedəcək. Lakin Allah onu şəxsən İsa əleyhissalamın əliylə yox edəcək. (Müslim, Kitabül Fiten: 34)

…Dəccal ortalığa fitnə saçarkən Cənabı haqq, Məsih İsa ibn Məryəmi göndərər… Hz. İsa dəccal ilə Lüddə (Beytül Makdisə yaxın bir diyar) qapısında qarşılaşar və onu yox edər. (Səhihi Müslim; Böyük Fitnə Məsihi Dəccal, Saim Güngör, səh. 104)

Hədislərdə xəbər verildiyi kimi, hz. İsa yenidən yer üzünə dönəcək, Beytül Məqdisdə (Məscidi Əqsa) dəccalla qarşılacaq və dəccal, hz. İsanı görüncə “duzun suda əriməsi kimi” yox olacaq. Allahın icazəsiylə hz. İsanın “nəfəsi belə” dəccalın fitnəsinin yox edilməsinə bəs edəcək.

Peyğəmbərimiz (s.ə.v)-in hədislərində, hz. İsanın yalnız nəfəsinin belə, iman etməyənlər üzərində böyük təsir meydana gətirəcəyi və batilə söykənən fikir sistemini kökündən yox edəcəyi belə bildirilmişdir:

…Onun (hz. İsa (ə.s)-ın) nəfəsini hiss edən heç bir kafirin ölməməsi mümkün deyil. Dəccalın yalançı olduğu ətrafa dalğa-dalğa yayılacaq. Dəccaliyyət pərişan olacaq fikir sistemi yox ediləcək. (Sünəni Ibni Macə, 10/32)

…Dəccal ortalığa fitnə saçarkən Cənabı haqq, Məsih Məryəm oğlu İsanı göndərər… nəfəsini idrak edən hər kafir mütləq yox olar. İsa (ə.s) Dəccal ilə Lüdd qapısında (Beytül Məqdisə yaxın bir diyar) qarşılaşar və onu yox edər. (Səhihi Müslim; Böyük Fitnə Məsihi Dəccal, Saim Güngör, səh. 104)

Bu həqiqət Quranda da “Xeyr, Biz haqqı batilin üstünə atarıq, o da onun beynini darmadağın edər. Bir də baxarsan ki, o, yox olub getmişdir. (Allaha qarşı) Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza!” (Ənbiya surəsi, 18) ayəsiylə xatırladılır. Haqq daim batilə qarşı üstün gələr.