İnsanları böyük fitnəyə sürükləyəcəyi bildirilən Məsih Dəccaldan qorunmaq əlbəttə, ancaq xalis iman sahiblərinə nəsib olacaq. Hər dövrdə olduğu kimi bu dövrdə də Allaha könüldən bağlı müsəlmanların birlik içində olmaları və Allahın əmri olan gözəl əxlaqı tam yaşamaları lazımdır. Uca Allah bir Quran ayəsində bu şəkildə buyurur:
Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allahdan qorxun ki, sizə rəhm edilsin. (Hucurat surəsi, 10)
Yuxarıdakı ayədə də ifadə olunduğu kimi möminlər qardaşdırlar. Möminlərin qardaşlığı, fədakarlıq tələb edən bir qardaşlıqdır. Bu səbəblə, möminlər bir-birlərinə bağlı, qardaşının nəfsini hər an və hər şərtdə öz nəfsindən üstün tutmalıdır.
Möminlər bir-birlərini Allah rizası üçün sevməli, bir-birlərini qorumalıdırlar. Quran əxlaqına uyğun olan isə bir-birlərini dəstəkləmələridir. Möminlər bir-birlərinə bacardıqları qədər sevgi göstərməli, həqiqi bacı-qardaş olmağa cəhd göstərməlidirlər. Ayrıca iman edənlər heç kimi kənarlaşdırmadan hər insana yaxşılığa, doğruluğa yönəltmək üçün yaxınlaşmalı, dövlətinə, ordusuna və bütün millətinə sahib çıxmalıdırlar. Möminlər bunun sayəsində, Dəccal fitnəsinə qarşı dimdik ayaqda dayana bilərlər.
Müsəlmanlar, Uca Rəbbimizin əmri olan güclü həmrəyliyi reallaşdırdıqlarında, dünyada meydana gələ biləcək fitnə və təxribatçılığın qarşısını almış olacaqlar. Allah bu vəziyyəti Quranda belə bildimişdir:
İnkar edənlər bir-birlərinin vəliləridir. Əgər siz bunu etməsəniz (bir-birinizə kömək etməz və dost olmasanız) yer üzündə bir fitnə-fəsad olar. (Ənfal surəsi, 73)
Əhəmiyyətli olan başqa bir məqam isə, hal-hazırda yaşadığımız dövr olan Axırzamanda, insanların Quran əxlaqını tam yaşamaları və inanclarının qüvvətləndirilməsidir. Quranın möcüzələri və iman həqiqətlərindən məhrum olmuş bir fərd və yaxud cəmiyyət cahil olaraq yaşayır. Allahın gücünü lazım olduğu kimi tanıyıb təqdir edə bilməyən bir insanda bu məlumatlara sahib olmamasının əhəmiyyətli təsiri vardır. Başqa sözlə, Quran möcüzələri və iman həqiqətlərinə dair kitabların oxunması, internet saytlarının izlənilməsi və filmlərin seyr edilməsi, bu cəhalətin önünü kəsəcək, insanların güclü imana qovuşmasına səbəb olacaq. Allah, Özündən ancaq alim olanların, yəni Quran əxlaqını yaşayan və Allahın yaradılış dəlillərini bilənlərin lazım olduğu kimi qorxacağını Quranda belə bildirir:
Allahdan ancaq alim olanlar içləri titrəyərək qorxar. Şübhəsiz Allah, üstün və güclü olandır, bağışlayandır. (Fatir surəsi, 28)
Möminlər bunları dəqiq tətbiq etdiklərində və insanları da Quran əxlaqını yaşamağa cəlb etdiklərində, Dəccalın bütün dünyanı əhatə edəcək olan fitnəsinə qarşı ən etibarlı qalxan, Allahın izni ilə yaradılmış olacaq. Quranda bu şəkildə bildirilir:
İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir. (Ali İmran surəsi, 104)

