“Dəccal” sözü ərəbcə “yalançı”, “hiyləgər”, “haqq ilə batili qarışdıran”, “bir şeyi bəzəyib həqiqi üzünü gizlədən”, “hər yeri dolaşan pis və uğursuz adam” kimi mənalar ifadə edir. Peyğəmbərimizin Axırzamandan bəhs edən hədislərində Dəccal, qiyamətin ən önəmli əlamətlərindən biri kimi qeyd edilir. Dünyanın hazırki dövrü isə Peyğəmbərimizin hədislərində təsvir edilən Axırzamana çox bənzəyir. Hədislərdə bu dövrdə fitnə və anarxiyanın yayılacağı, dünyada hüzurun qalmayacağı, insanların aclıq, kasıblıq və qıtlıq kimi sıxıntılarla mübarizə aparacağı və pisliyin yayılacağı bildirilmişdir. Bu dövrdə qarışıqlığın yayılmasına səbəb olan, insanları əxlaqsızlığa sövq edən, kütlələri inkar və üsyana yönləndirən, həmçinin terror və şiddətin qaynağını təşkil edən dəccaldır. Dəccal əxlaqsızlığı yayarkən pisi yaxşı göstərən, yaxşını da pis göstərən metodlardan istifadə edir. Bunu xəbər verən hədislərdən biri belədir:
“Dəccal çıxdığı vaxt yanında su və od olacaq. Ancaq xalqın od olaraq gördüyü şirin sudur, su olaraq gördüyü isə yandırıcı bir atəşdir. Sizdən kim o günə yetişərsə, xalqın atəş olaraq gördüyünə düşməyi qəbul etsin. Çünki o, şirin soyuq sudur” (Buxari, Fitən 26, Ənbiya 50; Müslim, Fitən 105, 2935)
Dəccalı bəziləri səhv anlayırlar, xurafatçı məzhəbçilər Dəccalı metafizik bir varlıq kimi qələmə verirlər hətta bu cür təsvirdə edirlər. Bu çox səhv və uydurmadır. Dəccal adı insandır, hər dövrdə dəccallar olubdur. Quranda Dəccal sistemini bizə ayələrdə bildirilibdir, Firon, Nəmrud kimi məsələn. Onlar öz dövrlərinin dəccalları olubdur və hər dəccal olduğu zaman onun anti-dəccalı olan Allahın elçisi də var olubdur. Məsələn Firon dəccal idisə, anti-dəccal olan elçi hz. Musa idi, Nəmrud dəccal olduğu zaman, onun ziddi hz. İbrahim olub. Axırzamanın dəccalı isə tarixdəki ən böyük dəccaldır, fəaliyyətlərinə görə, onun əsl adı isə Mesih Dəccaldır, çünki hz. İsa Mesih ona fikrən qalib gələcək və onun Dəccaliyyət sistemini məhz hz. İsa yıxacaq, məhv edəcəkdir, buna görə də onun adı Mesih Dəccal olaraq keçir.
Peyğəmbərimiz hədislərində Qiyamət qopmadan əvvəl dəccalın mütləq çıxacağı və onun hansı mühitdə çıxacağını da bildirmişdir. Dəccal din əxlaqının yaşanmadığı, Allahın açıq inkar edildiyi, həmçinin müharibələrin, cinayətlərin, əxlaqsızlığın, qarışıqlıq və terrorun gündəlik həyatın bir parçasına döndüyü dövrdə çıxacaq. Tarix boyu dünyada anarxiya və qarışıqlığın yaşandığı dövrlər olmuşdur, lakin dəccalın səbəb olduğu qarışıqlıq və xaos mühiti tarixin heç bir dövründə bənzəri görülməmiş böyüklükdə olacaqdır.
Peyğəmbərimiz bir hədisində bu mövzuya belə diqqət çəkmişdir:
“Allah hz. Adəmi yaratdığı dövrdən bu yana dəccalın fitnəsindən daha böyük fitnə olmamışdır.” (Bərzənci, “Qiyamət əlamətləri”, səh. 225)
Hədislərdə dəccalın fitnəsinin bütün dünyanı bürüyəcəyi xəbər verilir. Bunun bir işarəsi də odur ki, hər dindən, hər inancdan və hər millətdən bu sistemə tabe olanlar olacaq. Bu fitnə çox böyük və əhatəli şəkildə olduğuna görə bir çox insanlar bilərək və ya bilməyərək bu hiyləyə düşəcəklər. Bu, insanlar fərqində olmasalar belə, dəccalın müdafiə etdiyi həyat tərzinə tabe olmaq mənasına gəlir. Başqa bir sözlə, hansı dünyagörüşünə sahib olsalar da, anarxiya meydana gətirən, şiddət tətbiq edən, hüzur və təhlükəsizliyi pozan şəxslərin hamısı dəccalın dininə tabe olublar.
Bununla yanaşı, bu dinin daxilində müxtəlif məzhəblər var. Bir öncəki əsrə nəzər salsaq, darvinizmdən qaynaqlanan iki əhəmiyyətli ideologiyanın insanlıq üzərində mənfi təsirlərini görərik: Kommunizm və Faşizm.
Bu iki ideologiya dəccal dininin iki ana məzhəbi kimi qəbul edilə bilər. Hər ikisinin qurucuları və qabaqcıl liderləri dövrümüzdə dəccali sistemin əsası olan darvinizmə bağlıdırlar. Hər iki cərəyan darvinizmin dərin təsiri altındadır. Bəşəriyyətə saysız-hesabsız fəlakətlər gətirən, dünyanı sanki bir arenaya çevirən bu məzhəbləri yaxından araşdırıldıqda ortaya maraqlı mənzərə çıxır: Nə qədər bir-birinə zidd kimi görünsələr də, hər iki məzhəbin ortaq nöqtəsi var və hər ikisi eyni qaynaqdan, yəni darvinizmdən bəslənir.
Dəccal kədər, əzab və iztirab gətirər. Cəmiyyətin ümidsizlik, yas içində olmasını, Allaha güvənməməsini, Allahı sevməməsini təlqin edər. “Sizi Allah yaratmadı, təsadüfən yarandınız” deyər. Biz də hər şeyi Allahın yaratdığını, nizam verdiyini, sevginin, gözəlliyin, sevincin əsas olduğunu söyləməklə mükəlləfik və edirik. Qurana baxdığımızda Dəccal rejimlərinin məşhur üsulunun təhdid olduğunu görürük. Alçaq şəkildə müsəlmanları təhdid etdiklərini görürük.
Dəccalı tanımağın əsas yolu onun əlamətləridir. Dəccal bütün dünyanı dinsiz edəcək, dünyada hərc-mərclik, anarxiya və terror meydana gətirəcək, İslam aləmini parçalayacaq və əsir edəcək. Bütün bu əlamətləri varsa, deməli, dəccal da var. Dəccal olmasa Mehdi zühur etməz, dolayısilə dəccaliyyət də mehdiyyətə xidmət edər.
Dəccal təməl xüsusiyyətləriylə hazırda ortaya çıxdı. Cinayət, müsəlmanları yox etmə, müsəlmanları bir-birinə qırdırmaq dəccalın xüsusiyyətləridir. Allahsızlıq, Allah düşmənçiliyi, darvinist düşüncə, homoseksuallıq da dəccalın ən mühüm hücumlarıdır. Dəccal (haşa) Məsihlik və İlahlıq iddiası ilə ortaya çıxacaq. Türkiyə mehdiyyətin mərkəzi olduğu üçün Dəccalın hədəfindəki bir ölkədir. Dəccal özü ilahlıq iddia etdiyi kimi insanlara da ilahlıq təlqini verir. Bunda bəzi serial (dizi) və filmlərdən təlqin ünsürü kimi istifadə edilir.
Dəccal İslamı dəhşət, vəhşət, qan dini kimi göstərmək istəyir. Bunu göstərmək üçün istifadə edəcəyi ağılsız insanlar da tapır. Ruhu zəif olan insanlarda Dəccalın hipnoz qüvvəsi üstün gəlir. Dəccal qarşısındakı insanları bu formada maqnetik təsir altına alır, onları idarə edə bilməyə başlayır. Zaman keçdikcə də bu insanlar robotlaşır, Dəccalın bütün əmrlərini sorğu-sualsız yerinə yetirməyə başlayırlar. Dəccal adamlarına (qara klana); “buranı bombala, burada qarışıqlıq törət” dediyi zaman dərhal edirlər. Lakin üstün xarakterli, güclü ruha sahib, aurası güclü olan şəxslərə Dəccalın təsiri olmur. Məsələn, hz. İsa (ə.s)-ın aurası çox güclüdür, buna görə də, Dəccalın heç bir təsiri olmur. Hz. Mehdi (ə.s)-ın da aurası güclü olduğu üçün Dəccal zərər verə bilmir.
Mehdi tələbələrinin də aurası yüksək olur. Allahın onları zər aləmində yaratması, auraları güclü olacaq şəkildədir. Buna görə də, Dəccal Mehdinin 313 tələbəsinə də qətiyyən təsir edə bilmir. Lakin şeytan və Dəccal ruhları, xarakterləri və şəxsiyyətləri çox zəif və gücsüz olduğu üçün münafiqləri çox sürətlə təsir altına ala bilir.
“Yoxsulluq lobbisi” dəccaliyyətin nəzarəti altındadır. Dəccal xüsusilə insanları əzmək üçün bu sistemdən istifadə edir. Kəndlini əzər, işçini əzər. Xüsusi bir sistemdir. Əzab çəkdirər, cinayət işləyər, qan tökər. Dəccaliyyət və şeytaniyyət bu əzab sayəsində qidalanar. Mehdiyyət də axan qanı dayandırar, əzabı dayandırar, yoxsulluq problemini həll edər.
İngiltərə dərin dövləti ilə əlaqəsi olan Sorosçu zehniyyət, müsəlmanları şəffaflaşdırma adı altında çaxnaşma yaratmağa çalışır. Bizim ölkəmizdə də Soros fondu daha əvvəl fəaliyyətdə idi, çox yaxşı ki dövlətimiz bu təhlükəni zamanında gördü Sorosu və terrorist Fetocuları ölkədən qovdular.
İngiltərə dərin dövlətinin xidmətçilərinin bir çoxu homoseksualdır. İngiltərə dərin dövlətinin İslam aləmində on minlərlə tərəfdarı var. Qara Klan deyilir onlara, Youtube kanalımda Qara klan Video seriyası vardır 21 videodan ibarət, onlarla bağlı hər şeyi çox geniş izah etmişəm, inşaAllah. Bunlar tək bir ailə kimi hərəkət edir. Buna görə də müsəlmanlar birlik olmaq məcburiyyətindədir. İslam ölkələri tək-tək ortaya çıxdıqda Allah qorusun həmişə əzilərlər. Mütləq ittifaq halında kütləvi mübarizə lazımdır. İngiltərə dərin dövləti dünya tarixinin ən böyük dəccal təşkilatıdır. Yəni bu qədər şərəfsiz bir təşkilat yoxdur. Axırzaman hədislərində nəzərdə tutulan dəccal məhz budur.
Axırzamanın Məsih Dəccalı tarixin ən böyük fitnəsidir. Yaxın zamanda bütün dünya onu tanıyacaq. Dəccal görünüşü qəribədir, lakin çox bilik sahibidir. İnsanları özünün Peyğəmbər və Məsih olacağına inandırar. Hədislərə görə dəccalın sağ gözü kordur, üzü ürküdücüdür, saçları qırmızıdır. Kor olduğu halda Rəbb olduğunu iddia edər. Dəccal mikrobla bağlı xəstəlikdən öləcək. Yəni İsa Məsih (ə.s) şəxsən onu öldürməyəcək. İsa Məsih (ə.s) onu fikirlə öldürür.
Axırzamanla bağlı bəzi hədislər:
Bir fitnə görünər. Bunu digər fitnələr təqib edər və əvvəlki fitnələr nəticəsində sonrakı fitnələr müharibələrə çevrilər. Bundan sonra bütün haramların halal sayılacağı bir fitnə olar. Sonra da xəlifəlik, dünyanın ən xeyirlisi olan Mehdiyə evdə oturduğu zaman gələr. (İbn Əbi Şeybə, cild 8, səh. 531)
Məndən sonra fitnələr görüləcək. O fitnələrdən qurtuluş yoxdur. Orada müharibə və mühacirət olar. Sonra ondan daha şiddətli bir fitnə gələr. “Qurtardı” deyilən vaxt daha da şiddətlənər. Fitnənin girmədiyi bir ev və toxunmadığı bir müsəlman qalmaz. Bu vəziyyət, nəslimdən bir şəxs (Hz. Mehdi (ə)) zühur edənə qədər davam edər. (Nuaym ibn Hammad, səh. 75)
Qiyamətdən əvvəl anarxiya və qarışıqlıq yaşanan günlər vardır. (Suyuti, Camiüs Sagir, 3/211)
Günahsız insanlar qətl edilənə qədər Hz. Mehdi (ə) zühur etməyəcək. Qətliamlara yerdə və göydə olanlar dözə bilmədiyi bir vaxtda zühur edəcək… (əl-Kavlul Müxtəsər Fi Əlamət-əl Hz. Mehdi (a.s.) əsr-əl Müntəzər, səh. 37)
Çox kədərli vəziyyətlər və mənzərələr görünər. Fitnələr ard-arda davam edər və qadına, kişiyə, qıza, oğlana baxmadan hamını öldürər. Bunların içində fitnə, güc tətbiqi, ölüm və mühacirət olar. “Qurtardı” deyilər, yenə də davam edər. (Kitab-ül Burhan fi Əlamət-əl Hz. Mehdi (ə) əsr-əl Axır Zaman, səh. 36)
Əbu Hüreyrə (r.ə) izah edir: Rəsulullah əleyhissalatu vəssalam buyurdular ki: “İnsanlar elə günlər görəcəklər ki, qatil niyə öldürdüyünü, ölən də niyə öldürüldüyünü bilməyəcək.” (Müslim, Fitən: 56, (2908))
Qardaş qardaşı öldürənə qədər qiyamət qopmaz. (Qiyamət əlamətləri, səh. 141)
Bundan əmin olun ki, yaxın gələcəkdə fitnələr, ayrılıqlar və ixtilaflar (çıxaran bəzi insanlar) olacaq. (Ölüm-Qiyamət-Axirət və Axır zaman Əlamətləri, səh. 376, nömrə 685)
Bundan əmin olun ki, yaxın gələcəkdə (ard-arda) bəzi fitnələr olacaq. Sonra yenə olacaq. Daha sonra yenə olacaq. (Ölüm-Qiyamət-Axirət və Axır zaman Əlamətləri, səh. 375, nömrə. 684)
… (O dövrdə) fitnələr, qarışıqlıqlar, qiyamlar çox olar. Hansı ki, insanlar bir-birini öldürər. İnsanlar intihar edərlər və dünyanı bəlalar bürüyər. (Ölüm-Qiyamət-Axirət və Axır zaman Əlamətləri, səh. 482, nömrə 901)
İnsanlar üçün elə bir vaxt gələr ki, onların üzləri insan üzü, ürəkləri şeytan ürəyidir. Qan tökəndirlər. Çirkin hərəkətlərdən çəkinməzlər. Əgər sən onlara tabe olsan, səni güdərlər. Əgər onlara inansan, sənə xəyanət edərlər. Onların uşaqları əxlaqsız, gəncləri həyasız olar. Yaşlıları isə yaxşılığı əmr etməz, pis olandan çəkindirməzlər. Başçıları pozğundur. Məhz bu dövrdə, Allah onlara şər verər. Xeyirxah olanlar da dua edər, ancaq duaları qəbul edilməz. (Abdullah ibn Əmr, 502/11)
Heç bir tərəfin qoruna bilməyəcəyi bir fitnə zühur edəcək, bu fitnə sürətlə hər tərəfə yayılacaq və bu vəziyyət bir nəfərin səmadan səslənərək: “Ey insanlar, əmiriniz artıq Hz. Mehdidir” deyənə qədər davam edəcək. (əl-Kavlul Müxtəsər Fi Əlamətil Hz. Mehdi (ə) əsr-əl Müntəzər, səh. 23)
Hz. Mehdidən (ə) əvvəl kütləvi qırğınlara səbəb olan böyük bir fitnə görünəcək. (əl-Kavlul Müxtəsər Fi Əlamət-əl Hz. Mehdi (ə) əsr-əl Muntazar, səh. 37)
Qiyamət yaxınlaşdığı və möminlərin qəlbi; ölüm, aclıq, fitnə, bidətlərin ortaya çıxması, yaxşılığı əmr edib, pislikdən uzaqlaşdıranların olmaması və bu kimi digər səbəblərlə əzildiyi zaman Allah mənim övladlarımdan olan Hz. Mehdi (ə) vəsiləsi ilə islamı geri qaytarar. Onun ədaləti və bərəkəti ilə möminlərin qəlbi rahatlayar, Yad (Ərəb olmayan) və Ərəb olan millətlər arasında dostluq və mehribanlıq bərqərar olar. (Kitab-ül Burhan Fi Əlaməti-əl Mehdiyy-il AxırZaman, səh. 66)
Dünya hərci-mərclik (qarışıqlıq, zülm) içində qaldığı, fitnələr zühur etdiyi, yollar kəsildiyi, bəzi insan digər insanlara hücum etdiyi, böyük kiçiyə mərhəmət göstərmədiyi, kiçik böyüyə qarşı hörmətli davranmadığı zaman Allah, ədavətin (düşmənliyin) kökünü kəsərək, dinsiz (imandan və İslamdan uzaq, azğın) qalaları fəth edəcək və mənim kimi axırzamanda dinə dəstək olacaq, zülmlə dolu olan dünyanı ədalətlə dolduracaq bir şəxsi (Hz. Mehdini (ə)) göndərəcək. (Kitab-ül Burhan Fi Əlamət-əl Hz. Mehdi (ə) əsr-əl AxırZaman, səh. 12)
“Cinayətlər artacağı vaxta qədər qiyamət qopmaz.” (Ölüm, Qiyamət və Diriliş, səh. 468)
Haqq olan Allaha and içirəm ki, məndən sonra bir müddət ümmətim səltənətdən uzaq qalacaq. O dövrdə hamı halala-harama baxmadan mal qazanmaq istəyəcək, qan axacaq və Quran şeirə bərabər sayılacaq. (Deyləmi; Gələcəyin Tarixi I, səh. 50)

