Dəccal sistemi İsa Məsih və Hz. Mehdinin zuhuru üçün xüsusi olaraq yaradılmışdır

Uca Rəbbimiz dünyanın sonunun yaxınlaşdığı “Axırzaman” adı verilən dövrdə, yəni çətinlik

Uca Rəbbimiz dünyanın sonunun yaxınlaşdığı “Axırzaman” adı verilən dövrdə, yəni çətinlik, müharibə, terror, əxlaqi degenerasiya və böhranların hökm sürdüyü zamanda, dünyaya mübarək şəxsi göndərəcək və onun vəsiləsi ilə hər cür zülmü və ədalətsizliyi ortadan qaldıracaq. Bu mübarək şəxs hz. Mehdidir. Hz. Mehdinin zühurunun ardından hz. İsa yenidən yer üzünə gələcək və hz. Mehdi ilə birlikdə bütün dünyaya İslam əxlaqını hakim edəcək.

Hz. İsa və hz. Mehdinin çıxışından əvvəl dünyanı hərc-mərcilik bürüyəcək, dünyaya dinsizlik, əxlaqsızlıq, zülm, haqsızlıq hakim olacaq. Allah ilahi adətə uyğun olaraq, zidd düşüncələri birlikdə yaradır. Allah hz. Musanı yaratdıqda ona qarşı çıxan Fironu da yaratmışdır. Hz. İbrahimi yaradan Allah ona düşmən olan Nəmrudu da yaratmışdır. Allah, Axırzaman dediyimiz və hal-hazırda yaşadığımız bu dövrdə isə ingilis dərin dövlətinin idarəsindəki dəccaliyyəti və dəccaliyyətin əhəmiyyətli oyunlarından biri olan Darvinizmi yaratmışdır. Axırzamanda hz. İsa və hz. Mehdi insanları gözəl əxlaqa, imana, dincliyə və sülhə dəvət edəcək, onlara qarşı çıxan dəccaliyyət isə qarışıqlığı, qarşıdurmanı, mərhəmətsizliyi, eqoizmi, dağıdıcı olmağı, bir sözlə din əxlaqından uzaq bütün çirkin əxlaqı təbliğ edəcək, bunun üçün də ingilis dərin dövləti bu məqsədlə Darvinizmdən istifadə edəcək.

Böyük İslam alimi Bədiüzzaman Səid Nursi “Əmirdağ Lahikası”nda hz. Mehdinin birinci vəzifəsinin Darvinizm və materializmin insanlar üzərindəki təsirini tam olaraq qaldırıb, bu dəccalı axınları fikirlə məğlub etmək olduğunu ifadə etmişdir. Bədiüzzaman hz. Mehdinin Darvinizm və materializmə qarşı qazanacağı qəti müvəffəqiyyət ilə insanların imanına vəsilə olacağını belə xəbər vermişdir:

“Çox vaxt məktublarımda işarə etdiyim kimi, Mehdi Al-i Rəsulun (Peyğəmbərimizin soyundan gələn hz. Mehdinin) təmsil etdiyi qüdsi (mübarək) camaatının şəxsi mənəvisinin üç vəzifəsi var. Birincisi, Fən və fəlsəfənin tasallutiylə (təsiri ilə) və maddiyyun və tabiyyun (materializm və Darvinizm inancını) bəşər (insanlıq) içində endisəyər etməsi ilə (yayılması ilə) hər şeydən əvvəl fəlsəfəni və maddinin fikrini (materialist düşüncəni) tam susduracaq tərzdə imanı qurtarmaqdır.”

Buna görə də, hz. Mehdinin ən əsas vəzifələrindən biri materialist və Darvinist fəlsəfəni fikirlə tam olaraq ortadan qaldırmaq və Allah inancını dünyaya hakim etməkdir. İngilis dərin dövlətinin Axırzamanda kütlələrə yaydığı bu azğın din, Allahın icazəsi ilə, hz. Mehdi tərəfindən elmlə yox ediləcək.

İndiyə qədər yalanlarla bütün dünyanı aldatmağı bacarması, Darvinist diktatorluğun bütün dünya üzərində saxta suverenlik qurması hər şey demək deyil. Darvinistlər bu saxta müvəffəqiyyətin Allahın yaratdığı imtahanın bir sirri olduğunu dərk edə bilmədiklərindən, bunu əsl müvəffəqiyyət zənn edir və məğlub olmayacaqlarını sanmışlar. Halbuki belə saxta müvəffəqiyyətlər əsl və doğru olanın ortaya çıxması üçün baş verib. Sonunda isə mütləq Allahın istədiyi, Allahı dini qalib gələcək.

Hal-hazırda Darvinizmin vəziyyəti də belədir. Saxtakarlıqla əldə edilən dünya hakimiyyəti məğlub olmaq üzrədir. Çünki bu, Darvinizmin taleyidir. Darvin, Allah dilədiyi üçün Darvinizmi ortaya atmışdır. Darvinizm Allah dilədiyi üçün dünyaya hakim olmuşdur. İndi bu azğın inanc Allah dilədiyi və Allahın taledə təqdir etdiyi vaxt gəldiyi üçün məhv olur. İnsanlar Allahın təyin etdiyi tale çərçivəsində Darvinizm fitnəsinə inanmışdılar. İndi də Allahın təyin etdiyi tale ilə hz. İsa və hz. Mehdiyə tabe olacaq və bütün dünya hz. Mehdinin Darvinizmi, materializmi, qısacası, bütün dəccali sistemləri ortadan qaldırıb bu azğın fitnədən xilas olacaq və hüzura qovuşacaq.

Bütün dəccali sistemlər yox olmağa və məğlub olmağa məhkum olaraq yaradılmışdır. Darvinizm də belədir və Allahın diləməsi ilə məhvə məhkum olaraq yaradılmışdır. Tarixin ən böyük kütlə yalanı olan Darvinizm tarixin ən böyük məğlubiyyətini də yaşamaqdadır. Darvinizmi gələcək nəsillər utanc dövrü kimi xatırlayacaq.

Uca Allah hökmünə baş əyilən, bütün varlıqları nəzarəti və iradəsi altında tutandır. Allahın təyin etdiyinin xaricində azğın din meydana gətirib, bu məqsədlə səy göstərdiklərini zənn edən Darvinistlər, əslində, istəsələr də, istəməsələr də, Allahın hökmünə boyun əymiş olaraq yaşayırlar. Allah bir ayədə belə bildirmişdir:

Yoxsa onlar Allahın dinindən başqa bir din axtarırlar? Halbuki göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqlar. (Ali İmran surəsi, 83)

Allahın hökmü haqdır, mütləq reallaşacaq və heç bir qüvvə Allah diləmədikcə, bunun önünə keçə bilməyəcək. Darvinizmi kor-koranə müdafiə edən, bu yalanın arxasından qaçmağa və insanları aldatmağa davam etməkdə qərarlı olan hər insanın bu həqiqəti heç bir zaman unutmaması lazımdır.

Sən öyüd-nəsihət ver! Sən yalnız öyüd-nəsihət verənsən. Sən onları məcbur edən deyilsən. Ancaq kim üz döndərər və haqqı inkar edərsə, Allah onu ən böyük əzabla cəzalandıracaqdır. Şübhəsiz ki, onların dönüşü Bizədir. Sonra onları sorğu-suala çəkmək də Bizə məxsusdur. (Ğaşiyə surəsi, 21-26)