Çingiz xanın nəvəsi Hülakü tarixdə qəddarlıq və soyqırım simvolu kimi tanınır. 1217-ci ildə anadan olub. O, gənc yaşlarında Monqol ordusunda komandir olub. İsmaililərin məhv edilməsi, Abbasi xəlifəsinin özünə tabe edilməsi, Misir və Suriyanın ələ keçirilməsi vəzifələri ona verildi.
Bu vəzifələri uğurla yerinə yetirən Hülakü mühasirəyə aldığı şəhərləri yerlə-yeksan etdi, insanları qırdı. Qəddarlığı ilə məşhur olan monqol hökmdarı Hülaku xan 1258-ci ildə Bağdadı dağıdıb. O, 400 mindən çox müsəlmanı qılıncdan keçirir. Məscidlər, mədrəsələr dağıdılır. Milyonlarla dini və elmi əsər Dəclə çayına atıldı. Çay günlərlə qan və mürəkkəblə axır.
Bağdadın işğalı və Abbasilər xilafətinin sona çatması İslam tarixində və sivilizasiyasında dönüş nöqtəsi oldu və burada tarixdə ən nadir görünən qırğın törədildi və meyitlərdən yayılan üfunət iyi hətta Hülakünü də şəhərdən uzaqlaşmağa məcbur etdi.
Məscidlər, kitabxanalar dağıdıldı, kitablar Dəclə çayına atıldı, çay günlərlə mürəkkəb rəngində axdı. Bu tarixdən islam sivilizasiyası durğunlaşmağa başladı. Urfa, Harran, Hələb və Antakyanı da ələ keçirdi. Buddist inancı olan Hülakü, 1265-ci ildə qırx səkkiz yaşında ikən vəfat etmişdir. Bədiüzzaman Səid Nursi “Risale-i Nur”da Hülakü haqqında, “İslam elmlərini məhv edən”, “Kitabxanaları Dəclə və Fərat çaylarına atan Hülakü”, “Çingizxan və Hülakünün fitnəsi…”, “Zəmanəsinin Dəccalı”, kimi ifadələr işlədir.
İslam tarixinin ən böyük dəccallarından biri olan Hülakü xan, Mövlananı Anadolunun şeyxi etmiş və maddi-mənəvi dəstək vermişdi. Hülakü xan, Mövlanaya bağlanmayan heç bir alimi, heç bir təkkəni, zaviyəni və mədrəsəni qəbul etmirdi.
Mövlananın ən yaxın müridlərindən olan Baycu Noyan, Hülakünün ordusunda on minlərlə müsəlmanı şəhid edən qatil idi.
İngiltərə Dərin Dövlətinin müdafiə etdiyi Rumilikdə homoseksuallıq və şərab, haşa, halaldır. Məsnəvi, haşa, Quran kimidir və içində bir çox azğın hekayələr izah edilir. Əksər insan bunları bilmir.

