Dayaz düşünən insanlar böyük nemətlərdən məhrum qalırlar

Allah insana möhtəşəm düşüncə gücü və qavrama bacarığı vermişdir

Allah insana möhtəşəm düşüncə gücü və qavrama bacarığı vermişdir. Ancaq bir çox insanlar bu həyati bacarıqlardan lazımi şəkildə istifadə etmirlər. Sadəcə həyatını davam etdirəcək qədər və işlərini həll edə biləcək qədər səthi düşünmək bu insanlara kifayət edir. Onlar bu həyat tərzinin verdiyi itkinin və məhrum qaldıqları gözəllikləri dərk etmirlər.

Halbuki Allah bir çox gözəllikləri dərin düşüncənin içində gizlətmişdir. Çox dərin düşünən insanların dünya həyatından aldıqları həzz, bu vasitə ilə əldə etdikləri nemətlər və yaşadıqları rahatlığı düşünməklə özlərini yormayan və səthi ağılla yaşayan insanların vəziyyətindən çox fərqlidir.

Düşünməmək bəzi insanlara rahatlıq və mövcud çətinlikdən qurtuluş yolu kimi gələ bilər. Bu cür insanlar nə qədər az düşünsələr, o qədər az yorulacaqlarına, başlarını o qədər az ağrıdacaqlarına və daha rahat yaşayacaqlarına inanırlar. Halbuki düşünmək, ağıldan istifadə etmək insanı rahatlaşdırır. Bunlar yorğunluq vermir, əksinə, insana enerji verir, daha aktiv olmasına və canlanmasına səbəb olur.

Lakin bəzi insanlar bu mühüm həqiqətdən xəbərsizdirlər. Adətən bir sıxıntı və ya çətinliklə qarşılaşdıqları zaman onların əvəzinə başqalarının düşünüb tədbir görməsini və problemlərini onların həll etməsini istəyirlər. Yaxud əvvəlcədən əzbərlədikləri vasitələri tətbiq edərək düşünməkdən qaçmağa çalışırlar. Düşünməklə vaxt itirəcəkləri qənaətində olan bu insanlar həmin vaxtı dünya nemətlərindən istifadə edərək yaşamağa çalışırlar. Halbuki dünya həyatının nemətlərindən ən mükəmməl şəkildə istifadə etmək ancaq düşünməklə mümkündür…

I …Allah dünya hayatındakı hər cür gözəlliyi insanların istifadə etməsi üçün yaratmışdır. Ancaq O, kimin hansı nemətdən nə qədər zövq alacağını insanların imanlarına və nə dərəcədə dərin düşünmələrinə bağlı şəkildə yaratmışdır. Bu mühüm həqiqət dünyadakı bütün maddi və mənəvi nemətlər üçün keçərlidir. Tamamilə eyni nemətlərə sahib olan iki nəfərin bu nemətlərdən aldıqları zövqlər də fərqlidir. Məsələn, bir insan avtomobilini onu sadəcə bir yerdən başqa yerə aparan, ətrafındakı insanlara özünü göstərməyinə səbəb olan və ya sərmayə vasitəsi kimi görər. Eyni şərtlərə sahib olan başqa bir insan isə avtomobilinin ona verdiyi komfortu bir-bir düşünərək, onların hər birinin varlığına görə Allaha şükür edər. Allah bu imkanları yaratmasaydı, çəkəcəyi sıxıntıları, yaranacaq gecikmələri düşünərək Allahın bu lütfünün sevincini yaşayar.

Həmçinin, bir insan evinin bir-birindən gözəl çiçəklərlə bəzədilmiş bağçasını sadəcə zənginliyin gətirdiyi bir rahatlıq və ya səs-küydən uzaqda oturub dincələcəyi sakit bir yer kimi dəyərləndirə bilər. Eyni bağçaya sahib olan başqa insan isə bu bağçanın hər hissəsinə baxmaqdan, hər bir gülü qoxulamaqdan, yeni tumurcuqlanan hər bir çiçəyi ayrı-ayrı seyr etməkdən, hər gün daha da gözəlləşmələrini, böyümələrini görməkdən dərin zövq alar. Hər birinin, hətta hər yarpağın, hər budağın varlığı da onun üçün böyük bir həyəcan vəsiləsi olar. Bu çiçəklərə, ağaclara və ya onların üzərində yaşayan canlılara baxdıqca Allahın sonsuz qüdrətini, elmini və hakimiyyətini çox yaxşı qavrayaraq, hörmətlə Allaha boyun əyər. Bu nemətlərin hər birini ona lütf edənin Rəbbimiz olduğunu bilməyin sevinci və həyəcanı bütün ruhunu bürüyər. Allahın bu möhtəşəm təcəllilərini görüb, Allahın sonsuz və qüsursuz yaratmasının nə qədər fövqəladə və bənzərsiz olduğunu düşünməyin verdiyi səmimi heyranlığı bütün mənliyinə əks olunar.