Davranışlarımızdan hansının Allah rizasına daha uyğun olduğunu anlaya bilərik?

Allah, Özündən qorxan insanın vicdanına hər zaman mütləq ən doğru olanı ilham edər.

Allah bir ayədə belə bildirir: “Ey iman edənlər! Əgər Allahdan qorxsanız, O sizə yaxşı və pisi bir-birindən ayırd etmə anlayışı verər, günahlarınızın üstünü örtər və sizi bağışlayar. Allah böyük lütf sahibidir.” (Ənfal surəsi, 29)

Həmçinin unutmamaq lazımdır ki, insanın ürəyində duyduğu ilk səs doğrunu səhvdən ayırd etməsini təmin edən vicdanının səsidir və Allahın razı olacağı rəftar ilk duyulan səsin söylədiyidir. Məhz Allahdan qorxan insanlar da, vicdanlarının səsini dinləyərək doğrunu taparlar.