Davranışlarımdan hansının Allah rizasına daha uyğun olduğunu necə anlaya bilərəm?

Allah Özündən qorxan insanın vicdanına hər zaman mütləq ən doğru olanı ilham edər. Allah bir ayədə belə bildirir:

Ey iman edənlər, əgər Allahdan qorxsanız, O, sizə haqqı batildən ayıran bir nur və anlayış (furqan) bəxş edər, pis əməllərinizi örtər və sizi bağışlayar. Allah böyük lütf sahibidir. (Ənfal surəsi, 29)

Həmçinin unutmamalıyıq ki, ümumiyyətlə insanın qəlbində ilk eşitdiyi səs, doğrunu səhvdən ayırd etməyə imkan verən vicdanının səsidir və Allahın razı olacağı rəftar həmin ilk səsin dediyidir. Məhz Allahdan qorxan insanlar da, vicdanlarının səsini dinləyərək doğrunu taparlar.