Darvinistlərin, rədd üslublarının ardındakı gizləyə bilmədikləri qəbul, müxtəlif elm adamları və şəxsən darvinistlər tərəfindən bu şəkildə ifadə edilir.
Bioloq Villiam Fiks (William Fix): “Araşdırmanın ön planında olan elm adamları klassik darvinizmə öldürücü bir zərbə vurmuşdur. Bu xəbəri birbaşa insanlara verə bilmirlər, bunu yalnız texniki yazılarına və gizli tövsiyələrinə saxlayırlar.”
Darvinist antropoloq Robert A. Martin: “1972-ci ildə, Amerikan Təbiət Tarixi Muzeyindən Niles Eldredge və Harvard Universitetindən Stefan Cey Qould, “sıçramalı təkamül” anlayışını ortaya atan bir məqalə nəşr etdi. Təkamül yavaş, nizamlı və mərhələli bir şəkildə irəliləyirsə, bu vəziyyətdə növlər arasında olmalı bütün ara-keçid formalarının harada olduğunu soruşdular. Bəlkə də bunları tapmağın bu qədər çətin olmasının səbəbi, ƏSLİNDƏ MÖVCUD OLMAMALARIDIR”
İllinois Universiteti ekologiya alimi, darvinist T.H. Frazzetta: “Hər keçən il təkamülün olduqca sadə fikirləri məğlubiyyətə doğru getməyə davam edir.”
Fransız darvinist alim Jean Pierre Lehman: “Keçmişdəki sadə halı ilə DARVİNİZM ARTIQ MƏĞLUBİYYƏTƏ UĞRAYIR.”
Bioloq darvinist alim Qordon Ratrey Teylor (Gordon Rattray Taylor): “Toplanan dəlillər bioloqların kəşf etdiyi möhtəşəm şəkildə koordinasiya edilən strukturların və mükəmməl uyğunluq göstərən davranışların açıqlanması üçün təsadüflərin kifayət etmədiyini göstərir. İki Amerikalı bioloqun dediyi kimi: “Əsl tapmaca, daha doğrusu təkamül mexanizminin nə olduğu problemi heç bir həllə çatmamışdır. Qısacası, bir əsrdən çoxdur, biologiya sahəsində hakim olan DOQMA ÇÖKMƏKDƏDİR”.
Fizika professoru, darvinist H. S. Lipson: “Canlı varlıqların hər hansı bir xüsusiyyətinin əmələ gəlməsi ilə bağlı izahlara görə təkamül nəzəriyyəsindən həmişə bir az şübhələnmişəm (məsələn, zürafənin uzun boynu). Buna görə də, keçən otuz ildən çox müddət ərzində bioloji kəşflərin təkamül nəzəriyyəsinə uyğun olub-olmadığını başa düşməyə çalışdım. Lakin uyğun olduğunu sanmıram… Mənə görə, bu nəzəriyyə mövqeyindən ARTIQ DÜŞMÜŞDÜR”.
Ekologiya və təkamül biologiyası professoru darvinist E. O. Wiley: “(Norman) MacBeth təkamülə başqa nöqteyi-nəzərdən baxmağımızı və insanlara, lazım olsa özümüzə darvinizm və sintetik nəzəriyyə haqqında şübhələrimiz olduğunu, bu səbəblə də müzakirəyə hazır olduğumuzu etiraf etməyimizi təklif edir. Məncə bunlar mükəmməl təkliflərdir”.
Jurnalist Leri Vidam (Larry Witham): “Çox sayda elm adamından müsahibə aldım. Öz aralarında ikən və ya güvəndikləri bir jurnalist ilə danışdıqlarında, “bu sadələşdirilə bilməz komplekslikdir” və ya “molekulyar biologiya böhran içindədir” kimi ifadələr istifadə etdilər, amma bunu cəmiyyət içində açıqca dilə gətirə bilmirlər”.
Məhz Darvinizmin gəldiyi son nöqtə budur. Darvinistlər illərlə canla-başla müdafiə etdikləri öz nəzəriyyələrindən artıq şübhə edirlər. Darvinizmin yalanlarla dünyanı aldatması artıq sona çatmışdır.
Darvinizmin tərəfdarları, bəlkə də indiyə qədər Allah inancına qarşı girdikləri bu mübarizədə (Allahı tənzih edirik) məğlub ola biləcəklərini fikirləşmirdilər. Sahib olduqları qaynaqlar, təsir etdikləri kütlələr, ovsunladıqları insanlar və bəzi dövlətlərin dəstəyi, zahirən özlərini güclü görmələrinə səbəb olmuşdur. Təkamül nəzəriyyəsinin məktəbdə tədris edilməsi, yeni yetişən gənclərin təkamül təhsili ilə böyüyüb, həyatı boyu bu təhsillə təmasda olmalarını təmin edirdi. Dünyanın tanınmış media kanalları həmişə darvinizm təbliğatı aparır, ən əsası da bir çox ölkənin rəhbər şəxsləri darvinizmə dəstək olurdu. Ölkələri təmsil edən Avropa Parlamenti kimi güclər asanlıqla darvinizmə aid qərarlar alıb bunları rahatlıqla həyata keçirə bilirdilər.Lakin artıq bu üsullar darvinistlərə bir fayda vermir.
Təkamülçü Professor Ümid Sayın, “Science” jurnalında dərc edilmiş bir məqalədə yaranmış vəziyyəti bu sözlərlə ifadə etmişdir:
“Artıq yaradılışçılara qarşı mübarizə aparılmır. Mübarizəni onlar qazandılar, 1998-ci ildə, Türkiyə Milli Akademiyasından altı professoru yaradılışçılara qarşı danışmaq üçün motivasiya etmişdir. Artıq, bu gün bir adamı belə motivasiya etmək mümkün deyil.”
Darvinizm sehrinin təsirinin məhv olması, əlbəttə darvinizmi tam mənası ilə aradan qaldırmışdır. Çünki bu azğın dini, dəccalın cadu sistemi ilə davam etdirmək istəyirlər. Dəccalın cadusu dağılanda isə, nəzəriyyənin elmi təməli olmadığına görə, artıq nəzəriyyəni ayaqda tuta biləcək heç bir səbəb qalmamışdır.

