Darvinizm elm deyil. Darvinizm azğın dindir. Boş və batil inanc sistemidir. Saxtakarlıq üzərinə qurulmuş ideologiyadır. Darvinistlərin, bütün bu səyinin səbəbi də bu azğın dinə olan kor-koranə bağlılıqları və batil inanclarını var gücləriylə ayaqda tutma arzusudur. Darvinistlərə görə bunun üçün lazım olan hər şey edilməlidir. Əgər bu batil din tərk edilsə, darvinistlər, bütün varlıqları Allahın yaratdığı gerçəyini qəbul edəcəklər və saxta dinlərini tərk etmiş olacaqlar. Bu vəziyyət, yanlış darvinist beyinlər üçün əsla qəbul edilə bilməzdir. Halbuki Allahın varlığına və birliyinə iman və Allah sevgisi insanlar üçün böyük sevinc vəsiləsidir. Allaha iman adamın ağlını və anlayış gücünü qat-qat artıran, ruhunu çox dərinləşdirən böyük nemətdir. Darvinistlərin öz aşağı ağıllarınca Allahın açıq-aşkar olan varlığını inkar etmək üçün üz tutduqları üsullar isə onları yalnız yazıqlığa, çarəsizliyə, saxtakarlığa və məntiqsizliyə sürüyür.
Məhz 150 ildir darvinizm adına davam edən yalanların, saxta fosillərin, saxta şəkillərin, yapışdırma kəpənək fotoşəkillərinin, saxta embrion sxemlərinin, elmi dəyəri olmayan saxta bərpaların, 70 il boyunca gizlədilən Kembri canlılarının, 40 il boyunca sərgilənən saxta kəllələrin, bəzi məktəb kitablarında yerini hələ qoruyan saxtakarlıqların mənşəyi budur. Batil təkamül dininin bağlıları, bu saxta dini yaşatmaq üçün elmdən deyil, saxtakarlıqdan istifadə etməyi seçərlər. Darvinist elm adamları arasında, səssiz amma böyük bir ittifaqla bu saxtakarlıq davam etdirilir. Fransız bioloq darvinist Pyer Paul Qrass, bu həqiqəti bu şəkildə etiraf edir:
Bu yalan bəzən şüursuz olaraq reallaşar, amma həmişə deyil. Çünki bəzi insanlar, məzhəbçiliklərinə görə qəsdən gerçəkləri görməzlikdən gələrlər və öz inanclarının yetərsizliyi və yanlışlığı məlumatını rədd edərlər.
Darvinist Pyer Paul Qrassın bu etirafı darvinist kütlələr arasında olub bitən gizli razılaşmanı ifadə edir. Dəccal sisteminə görə darvinizm heç bir şəkildə rədd edilə bilməyəcəyi üçün, saxtakarlıqlara, yalanlara göz yumulmalıdır.
Darvinistlər, bəzən darvinizmi din olaraq mənimsədikləri gerçəyini də etiraf edərlər. Buna verilə biləcək bir neçə nümunə belədir (Allahı tənzih edirik):
“Bir insan, ancaq o görüş ateizmdən ayırd edilməzsə, təkamüllə uyğunlaşan dini görüşə sahib ola bilər.” Təkamül bioloqu və genetiki ateist Vill Provini.
“Təkamül … ateistlərin öz varlıqlarını qorumalarına köməkçi olur və onların yaradıcısız təkamül “dini” ilə uyğunluq təşkil edir.” Təkamül bioloqu ateist Riçard Dokinz.
“Əslində təkamül bir baxıma elmi din halına gəldi. Haradasa bütün elm adamları bunu qəbul edirlər və bunların bir çoxu öz müşahidələrini buna uydurma “meyli” içində olmağa hazırlayar. “109 Mançester Universiteti Fizika professoru darvinist H. S. Lipson.
“Mənim 40 ildən çox zamandır davam edən təkamülü təcrübə ilə göstərmə cəhdlərim tam mənasıyla müvəffəqiyyətsizliklə nəticələndi… Təkamül fikri yalnız inanca dayanır” Bütün kariyerasını canlılar arasında guya süni olaraq təkamülləşmə reallaşdıra bilmək üçün sərf edən Lund Universitetindən tanınmış elm adamı Heribert Nilson.
“Təbii seleksiya qanunları, iddia edirəm ki, elm deyil. Bu bir ideologiyadır, həm də pis ideologiyadır və bizim həyatın tarixini açıq şəkildə anlaya bilmə qabiliyyətimizin qabağına keçər. Eynilə bir-birimizə dözümlülük ilə baxma qabiliyyətimizin qabağına keçdiyi kimi.” İsveçrə Federal Texnologiya İnstitutu”ndan yer elmləri mütəxəssisi Darvinist Kennet Syuy.
“Məni bunun şahidi, bu mövzunun vəkili kimi görsələr və məndən bunu soruşsalar “Dr. Dokinz, təkamülə olan inancınız, təkamül üzərinə işləriniz sizi ateizmə çevirdi?” deyə. Buna “bəli” demək məcburiyyətində qalaram. … Mənim kimi insanlar təkamül lobbisi üçün pis xəbər kimidirlər. Halbuki, mən bu mövzuda, bu sahədə danışan şəxslərin hamısından çox daha açıq sözlüyəm.” Riçard Dokinz.

