Darvini kədərləndirən fosillər

Darvin, gələcəkdə öz nəzəriyyəsini sübut edəcək ara keçid fosillərinin tapılacağını ümid edirdi. Lakin Darvinin ümid etdiyi ara keçid fosilləri tapılmadı. Artıq heç bir darvinist, fosil qeydlərinin yetərsiz olduğunu iddia edə bilmir, çünki fosillər, demək olar ki, bütün nümunələri vermişdir. Yer üzünün böyük hissəsi tədqiq edilmişdir. Paleontologiyanın aşkar etdiyi həqiqət budur ki, bircə ara keçid forması belə yoxdur və yüz milyonlarla il əvvəl yaşamış canlılar dəyişməmişdir. Harvard Universitetindən təkamülçü paleontoloq Stiven Cey Quld (Stephen J. Gould), bu həqiqəti belə etiraf etmişdir:

“Fosil qeydləri Darvinə xoşbəxtlikdən daha çox kədər gətirdi.” (Mənbə: Stephen J. Gould, The Panda’s Thumb, 1980-ci il, səh. 238-239)