Bəziləri üçün xoşbəxtlik əldə etdikləri maddi sərvətdədir. Bəzi insanlar üçün xoşbəxtlik hər kəs tərəfindən tanınmaq və hamının sevdiyi, heyran olduğu və rəğbət bəslədiyi bir insan olmaq deməkdir. Bəziləri üçün xoşbəxtlik yaşadıqları narahat və monoton həyatdan qurtulmaq, problemlərini unutmaq deməkdir.
Halbuki bütün bu insanların əldə etdikləri xoşbəxtlik saxta və keçicidir. O, yalnız həmin məqama xasdır; Həmin an sona çatdıqda, hiss olunan xoşbəxtlik də bitər və insan əvvəlki sıxıntılı həyatına qayıdır. Xoşbəxtlik və qəlb rahatlığı ancaq Allahı zikr etməklə əldə edilə bilər.
“Onlar iman edən və Allahı zikr etməklə qəlbi rahatlıq tapan kimsələrdir. Bilin ki, qəlb (ancaq) Allahı zikr etməklə rahatlıq tapar.” (Rad surəsi, 28)
