Ey iman gətirənlər! Peyğəmbər sizi sizləri dirildəcək bir şeyə dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin. Bilin ki, Allah insanla onun qəlbi arasına girər və siz axırda Onun hüzuruna cəm ediləcəksiniz! (Ənfal surəsi, 24)
İnsanın vəzifəsi Allahın özünə bildirdiyi, dəvət etdiyi haqq yola, yəni özünə həyat verəcək şeylərə təslim olmaqdır. Allah bu doğru yolu Peyğəmbərimizə vəhy etdiyi Quran vasitəsilə insanlara bildirmişdir. Hamının həyatı boyunca nə etməli olduğu, necə həyat yaşamalı olduğu, necə hərəkət etdikdə qurtulacağı Allahın ayələri ilə bir-bir bildirilmişdir.
