DAFİQ – Bəlaları dəf edən, uzaqlaşdıran

Nəhayət, onlar Allahın izni ilə Calutu və qoşununu məğlub etdilər. Davud Calutu öldürdü. Allah Davuda həm hökmranlıq, həm də hikmət verdi və ona istədiyini öyrətdi. Əgər Allah insanların bir qismini, digər bir qismi ilə dəf etməsə idi, yer üzü fitnə-fəsada uğrayardı. Lakin Allah bütün aləmlərə qarşı lütfkardır. (Bəqərə surəsi, 251)

Bir çox çətinliyi, xəstəliyi, vəsvəsəni, şeytanın şərini və bəlasını da möminlərin üzərindən dəf edən və daha bilmədikləri nə qədər müsibəti onlardan geri çevirən yalnız Allahdır. Şübhəsiz, bunların hər biri Allahın möminlərə gizli və açıq şəkildə göstərdiyi köməkləridir. O, qullarına qarşı çox şəfqətli, Özünə sığınanlara, Özündən kömək istəyənlərə qarşı da əsirgəyənlərin ən xeyirlisidir.