Dabbə nədir?

Dabbətül-Ərz, qısaca Dabbə Axırzamanda ortaya çıxacaq əlamətlərdən biridir

Dabbətül-Ərz, qısaca Dabbə Axırzamanda ortaya çıxacaq əlamətlərdən biridir. Dabbə mövzusu ilə əlaqədar çox sayda hədis vardır və eyni zamanda bu mövzu Quranda da yer alır. Dabbənin Axırzaman əlaməti olaraq ortaya çıxacağının xəbər verildiyi ayə Nəml surəsinin 82-ci ayəsidir:

Onlara deyilən söz (əzab) gerçəkləşdiyi zaman yerdən onlar üçün Dabbə çıxardacağıq. O, onlara insanların Bizim ayələrimizə iman gətirmədiyini söyləyəcək. (Nəml surəsi, 82)

Ayədə xəbər verildiyinə görə;

1) Dabbə, yerdən məmulatdır.

2) Dabbə, “danışan”, müəyyən bir mesaj verən bir şey ya da varlıqdır və bu çıxışı bütün insanlara istiqamətlidir.

Hədislərdə də Dabbənin bir addımda uzun məsafələr qət edə biləcəyi, insanlarla danışacağı və hər yerə gedəcəyi izah edilir. Dabbənin, yerdən məmulat olduğunun bildirilməsi, metal, dəmir, mis, sink, kobalt, xrom kimi yerdən çıxan mədənlərdən ibarət olan bir quruluşu olacağını göstərir. Bu maddələr, indiki vaxtda istifadə edilən kompyuterlərin təməl quruluşunu meydana gətirir. İnsanlarla danışması və çox qısa müddətdə uzun məsafə qət edə bilməsi də, internet şəbəkəsinə işarə edir. Bilindiyi kimi, internet vasitəsi ilə artıq məlumata çatmaq da, məlumatı ötürmək də, insanlarla danışıb görüşmək və ünsiyyət qurmaq da son dərəcə sürətli və asan olmaqdadır. İnternet şəbəkəsi vəsiləsi ilə, Quranın insanlara anladılması da daha sürətli olacaq. Axırzamanda internet, İslam əxlaqının yer üzünə hakimiyyəti baxımından əhəmiyyətli bir vasitə olacaq. İnternet, hz. İsa (ə.s)-ın nüzulu və hz. Mehdi (ə.s)-ın zühuru dövründə, bu iki mübarək şəxsə, İslam əxlaqını rahatlıqla izah etmək, Quran əxlaqının dünya hakimiyyətini təmin etmək üçün təqdim edilmiş xüsusi bir imkandır. İndiki vaxtda din əxlaqının təbliği, dinsiz materialist ideologiyaların etibarsızlığının izah edilməsi üçün edilən işlərdə internet texnologiyası böyük fayda verir. İnternet vəsiləsi ilə, müsəlmanların çata bilmədiyi heç bir nöqtə qalmır və Allahın diləməsi ilə İslam əxlaqı dünyanın dörd bir tərəfinə sürətlə yayılır.

Həmçinin, “dabbə” sözünün ərəbcədə “və Minkir” deyilən, yəni naməlum söz şəklində istifadə edilmiş olması, bunun o dövrdə bilinməyən, tanınmayan bir varlıq olduğunu ifadə edir. Böyük təfsirçi Almalılı Həmdi Yazır bu məqama belə işarə edir:

“Bu ayədə” dabbə “deyə nəkrə (naməlum ad) olaraq gəldiyindən bunun bildiyimiz dabbələrdən tam fərqli bir möminlərlə kafirləri xüsusi nişanla olması ağıla gəlir …”

Almalılı Həmdi Yazır kimi təfsirçilərdən başqa lüğəti olaraq da, “dabbə”nin mənası hərəkət edən hər cür texniki aləti də ifadə edə biləcəyini söyləmişlər. Necə ki, kompyuter də, hərəkətləri və hərəkətli görüntüləri köçürən, tezliklərlə məlumat axışı təmin edən bir texniki alətdir. Ancaq daha əhəmiyyətli olan, Axırzamanın işarələrindən olan bu yerdən məmulat “dabbə”nin “insanlarla danışması”dır. Dünyada internetin çatmadığı bir ölkə, bir millət, bir cəmiyyət demək olar ki, qalmamışdır. Həm də, qabaqcıl texnologiyanın məhsulu olan internet hər cəmiyyətə öz dili ilə xitab edir.

Axırzaman hədislərində Dabbə:

İbni Abbasdan: “Üzü insan üzünə bənzər, dimdiyi tüklü …” (Qiyamət əlamətləri, Bərzənci, səh. 276)

Üzü insan üzünə bənzər: Üzü insan üzünə bənzər ifadəsi ilə Dabbənin insana oxşar xüsusiyyətlərə sahib olacağına işarə edilir. İndiki vaxtda kompyuterlər də eynilə insan kimi kameralar vasitəsiylə görməkdə, qəbuledici sistemləriylə eşitməkdə və birbaşa danışmaqdadır.

Dimdiyi tüklüdür: Bu hədisdə bildirilən “dimdiyi tüklüdür” ifadəsi, kompyuterlərin incə tellərdən ibarət elektrik kabelinə işarə edə bilər. Heyvanların dimdiyi plastik kimidir, sanki bir kristal maddəni xatırladar. İncə kabelləri olan plastik batareya, hədisdə göstərilən bənzətməyə işarə edə bilər.

Hüzeyfədən: “… Heç kim ona çatmayacaq, qaçan da qurtulmayacaq.” (Qiyamət əlamətləri, Bərzənci, səh. 276)

İndiki vaxtda məlumat mesajında, kompyuterin sürətinə çata bilmək mümkün olmamışdır və Dabbənin çıxdığı dövrdə, Quranı və müsəlmanların təbliğini dinləmək istəməyənlər belə, kompyuterlər evlərinə qədər girdiyindən, Allahın Uca qüdrətini və Quran əxlaqını mütləq öyrənmək məcburiyyətində qalacaqlar, qaça bilməyəcəklər.

Əbu Hureyrədən: “Dabbət-ül Ərzdə hər cür rəng mövcuddur …” (Qiyamət əlamətləri, Bərzənci, səh. 276)

Hal-hazırda günümüzdəki kompyuterlərdə 16.7 milyon rəng mövcuddur.

Əbuz Zübeyrdən nəql etmişdir: “… Gözü xain gözü kimi, qulağı fil qulağı kimi …” (Qiyamət əlamətləri, Bərzənci, səh. 276)

Günümüzün kompyuterlərində artıq kiçik göz şəklində kameralar vardır, bu kameralar vəsiləsi ilə kompyuterlər hər cür görüntünü qəbul edə bilir.

İndiki vaxtda noutbukların görüntüsü, fil qulağını xatırladan şəkildədir. Eyni şəkildə kompyuterlərin səs yazma xüsusiyyəti sayəsində, məkandakı bütün səslər rahatlıqla kompyuter tərəfindən eşidilir, hətta qeyd edilə bilinir.

Onun yanında hz. Musa (ə.s)-ın əsası… olacaq. Yüksək səslə belə qışqıracaq: “İnsanlar artıq ayələrimizə ürəkdən iman etmədilər.” Sonra mömin ilə kafiri damğalayacaq (iman edənlərlə inkar edənlərin tanınmasına vəsilə olacaq). (Qiyamət əlamətləri, Bərzənci, səh. 277)

Hz. Musa (ə.s)-ın əsası olacaq: Uca Allah, hz. Musa (ə.s)-ın əsasını bir anda canlı ilana çevirərək, dövrün Darvinist və materialistlərinə qarşı yoxdan yaradılışın ən böyük dəlillərindən birini göstərmişdir. Axırzamanda da kompyuter və internet vasitəsilə bütün Darvinist və materialist yaradılışın dəlilləri göstəriləcək.

Sonra mömin ilə kafiri damğalayacaq: Axırzamanda möminlərin də, kafirlərin də kompyuter və internet yoluyla Peyğəmbərimizin möhürü ilə qarşılaşacağı aydın olur. Hədisdə, internetə girən hər kəsin Rəsulullahın möhürünü görəcəyinə, bu möhürün möminlərin şövqünü artırıb, üzlərini aydınladacağına, inkar edənlərin isə eqoizmini qıracağına işarə edir.

“Möminə rast gələcək möminin üzünü damğaladığında üzü tərtəmiz olacaq. Kafiri damğaladıqda qapqara olacaq.” (Qiyamət əlamətləri, Bərzənci, səh. 277)

İnternetə girdiklərində Allahın varlığının dəlilləri, Quran ayələrinə və İslam əxlaqını izah edən əsərlərlə qarşılaşan və Peyğəmbərimizin möhürünü qarşılarında görən möminlərin hidayəti artacaq, imanları daha da qüvvətlənəcəkdir. Peyğəmbərimizin möhürü ilə qarşılaşan inkarçıların isə əsəbdən üzləri qapqara olacaq.

“… Yer üzündə bir ulduz kimi seyr edəcək. Arxasına düşən onu tuta bilməyəcək, ondan qaçsa canını qurtara bilməyəcək…. (Qiyamət əlamətləri, Bərzənci, səh. 277)

Yer üzündə ulduz kimi, süni peyklərə işarədir, Arxasına düşən onu tutabilməyəcək, bu həm süni peyklər həmdə dronlara işarə olabilər. Ondan qaçsa canını qurtarbilməyəcək, dövrümüzdə polislər belə kameralı dronlardan istifadə edirlər, eyni zamanda bayraktar kimi İHA-larla havadan izləmək mümkündür. Heç kim onlardan qaçabilmir, son dövrlərdə Terroristlər İHA-lardan qaçabilmirlər.

“Çıxacaq, üç dəfə yerlə göy arasında olan hər kəsin eşidə biləcəyi bir səslə qışqıracaq. Şərqə yönəlib qışqıracaq, bütün şərqlilər səsini eşidəcək. Şama yönəlib qışqıracaq, bütün yəmənlilər səsini eşidəcək.” (Qiyamət əlamətləri, Bərzənci, səh. 277)

Dabbə yerin altına da hakim, yerin üstünə də hakim, səmaya da hakimdir. Çatmadığı, daxil olmadığı heç bir şəhər, heç bir ev qalmayacaq. Hal-hazırda kompyuterlər bütün evlərə girmişdir və peyk texnologiyaları və internet vəsiləsi ilə yer altında çalışan insanlardan, göydələnlərin təpəsində yaşayan ya da səmada təyyarə ilə səyahət edən insanlara qədər bütün insanlara hər səs və hər görüntü çata bilir.

Həqiqətən, namaz qılan adamın yanına gələcək, “bu sənin namazın olmadı çünki sən yalançısan və mürainin (ikiüzlü riyakar kimsənin) elə özüsən “ deyərək iki gözünün arasına, yalançı damğası vurulacaq. (Qiyamət əlamətləri, Bərzənci, səh. 278)

Quranı şahid tutaraq dilini əyib bükən, Qurana müxalif olduğu halda dindar görünüşü altında hərəkət edən ikiüzlü münafiqlərə, kompyuter və internet yoluyla cavab verilməkdə və onların “yalançı” olduqları açıqca ifşa edilməkdədir.

Şeytanı öldürəcəyi (fikirlə yox edəcəyi) xüsusundakı bəyanat bildiyiniz vəchiylə (üzrə) yuxarıda keçmişdir. (Qiyamət əlamətləri, Bərzənci, səh. 278)

Şeytanın sistemi olan Darvinizm, materializm, ateizm; internet yoluyla dünyaya çatan və Allahın birliyini və ucalığını izah edən yayımlar vəsiləsiylə tamamilə yerlə bir olacaq, şeytanın dini bu vəsiləylə ortadan qalxacaq.

…Bir addım atdığında üç günlük məsafəni birdən qət edəcək… (Qiyamət əlamətləri, Bərzənci, səh. 278)

İndiki vaxtda, kompyuter və internet vəsiləsiylə tək bir saniyə içində dünyanın digər ucuna məlumatlar göndərə bilməkdə, bütün insanlara çata bilməkdədir.