Çubuq çəyirtkəsi düşmənini necə qorxudur?

Çubuq çəyirtkəsi (Carausius morosus) gecə canlısıdır, gün ərzində hərəkətsiz qalırlar və tez-tez “ölü” kimi davranırlar. Bəzi qanadlı cinslər gündüz aktivdirlər. Rəngləri parlaqdır, lakin böcək bir yerə qonanda tamamilə yox olur. Çəyirtkə narahat edildikdə qəfildən qanadlarını açır. Qanadlardakı parlaq rəngin qəfil görünməsi ov axtaran düşmənini təəccübləndirir. Sonra çəyirtkənin qanadları bağlanır və parıldayan rəng yox olur. Beləliklə, həşəratın həqiqi yeri düşmənlərdən təsirli şəkildə gizlənir. (Hayvanlar Ans, C.B.P.C Publishing, “Böcekler”, səh. 177)