Çoxluğun tətbiq etdiyi sistem mütləq doğrudurmu?

Allahın dinindən uzaq yaşayan cəmiyyətlərdəki ümumi qənaət çoxluğun hər zaman haqlı olacağı istiqamətindədir. Halbuki bu, insanların gəldiyi tamamilə yanlış bir nəticədir. Allah bizə Quranda “… insanların əksəriyyəti iman gətirən deyildir.” (Yusif surəsi, 103) deyə xəbər vermişdir. Və yenə ayələrində bu iman etməyən çoxluğa uyanların da ziyana uğrayacağını bildirir.

Əgər yer üzündəkilərin çoxuna tabe olsan, onlar səni Allahın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və yalan danışarlar. (Ənam surəsi, 116)

Bütün bunlardan başa düşürük ki, hər dövrdə inananlar azlıq təşkil edəcək, Allahın dinindən uzaqlaşanlar isə əksəriyyət təşkil edəcək. Və bu vəziyyət Allaha iman edən və cəmiyyətin təqdim etdiyi “Adamlıq dini”ndən uzaq yaşayanların dəyərini qat-qat artıracaq.