Demək olar ki, hər insanın şüuraltında çoxluğun etdiyinin doğru olduğuna dair qənaət var və belə insanlar ümumiyyətlə əməllərini bu çoxluğa görə nizamlayarlar. Halbuki bəhs edilən son dərəcə səhv davranışdır.
Məsələn, insanın yaşadığı çevrədə çoxluğun çox səthi və yanlış din anlayışı ola bilər. İnsanlar Allahın varlığına və axirətə inandıqlarını deyərlər, amma bu mövzuda düşünməzlər. Dini dəyərlərə “öz ağıllarına görə” hörmət edərlər, amma bu hörmətlərini tətbiq etməklə deyil, sözlə ifadə edərlər. Dinin bir çox əmrinin keçmiş dövrlər üçün keçərli olduğunu, bu gün üçün keçərli olmayacağını düşünürlər. Bu anlayışa görə isə insanın ürəyinin təmiz olması, kimsəyə pislik etməməsi “dindar” olması üçün kifayətdir. İbadətlərə gəldikdə; qocalanda onsuz da ediləcəkdir.
Ətrafımızdakı hər kəs belə yanlış anlayışa sahib ola bilər. Bu vəziyyətdə insanın təsvir edilən anlayışa uyması, öz vicdanına üz tutaraq düşünməməsi insanın özünü aldatmasından başqa bir şey deyil. Çünki çoxluğun hər zaman doğru qərar verdiyini, doğru düşüncəyə sahib olduğunu göstərən heç bir dəlil yoxdur. Əksinə, Allah Quranda “çoxluğa tabe olmaq” ilə əlaqədar bunu bildirir:
Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar. (Ənam surəsi, 116)
Buna görə də, insanın davranışlarında, xüsusilə dini və Quranı yaşamasında ona yol göstərən tək ölçü vicdanı olmalıdır. Vicdanı ilə hərəkət edən adam, çoxluğun nə dediyini və ya nə etdiyini qətiyyən düşünməz. Tək də qalsa vicdanının səsini dinləyər və Allahın kitabına, yəni Qurana əməl edər.
I Bu vəziyyəti hər kəs öz üzərində düşünməlidir. “Çoxluğa uyma” psixologiyası hər insan üçün təhlükə meydana gətirə bilər. Məsələn, kimsə bu yazını oxuyaraq vicdanında bəzi həqiqətləri dərk edərək bunu həyatına tətbiq etmək qərarına gələ bilər. Ancaq ətrafındakıların mövqeyi və düşüncə tərzi adama heç vaxt təsir etməməlidir. Hər kəs öz vicdanının və Quranın əmr etdiklərini tətbiq etməklə mükəlləfdir. Unutmamaq lazımdır ki, Allah qullarını mütləq sınayar. Vicdanı ilə verdiyi doğru qərardan insanı imtina etdirməyə çalışan başqa adam, Allahın onu sınamaq üçün qarşısına çıxardığı yaxını da ola bilər. Ancaq axirətdə insanlar belə yaxınları ilə əlaqədar olaraq bunları deyəcəklər:
Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Çünki Zikr (Quran) mənə çatdıqdan sonra o məni ondan uzaqlaşdırdı”. Həqiqətən, şeytan insanı tənha qoyub qaçandır. (Furqan surəsi, 28-29)

