Çoxluğa deyil, Allahın rızasına tabe olmaq

Bəzi insanlar özləri kimi səhv düşüncədə olan insanların varlığını irəli sürərək səhvlərini

Bəzi insanlar özləri kimi səhv düşüncədə olan insanların varlığını irəli sürərək səhvlərini məqbul göstərməyə və vicdanını bu şəkildə rahatlatmağa çalışırlar. Bu əslində şeytanın ən tanınmış üsullarından biridir. İnsanları pisliyə sövq edərkən, ətrafındakı mənfi insanlardan nümunələr göstərərək onları cəsarətləndirir, bu insanların da eyni düşüncədə olduğunu irəli sürərək onu bu cür davranmaqda səhvin olmadığına inandırmağa çalışır. Əlbəttə ki, vicdan bu insanlara doğru olanı göstərir, ancaq nəfsini təmizə çıxaran insanlar şeytanın vəsvəsələrini bilə-bilə özlərinə bəhanə edirlər.

Onlara hər hansı bir səhvi xatırladıldıqda dərhal bu bəhanəni irəli sürərək özlərini haqlı çıxarmağa çalışırlar. Bu davranışın insanların böyük əksəriyyətində olması həmin insanların özlərini müdafiə etməsinin əsasını təşkil edir. Əslində, bunun məsələni həll etməyəcəyini çox yaxşı bilirlər. Buna baxmayaraq, bu tərz məntiqin onlara yönəldilən tənqidləri keçərsiz hala gətirə biləcəyini düşünür, bu yolla diqqəti özlərindən uzaqlaşdırmaq istəyirlər.

Halbuki, Qurana görə bu məntiqin heç bir açıqlaması yoxdur. Başqalarının da eyni yanlışı etməsi, insanı məsuliyyətdən azad etmir. Çünki Rəbbimiz “Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar.” (Ənam surəsi, 116) ayəsi ilə insanları çoxluğa tabe olmamaları mövzusunda xəbərdar etmişdir. Bir çox insan eyni anda eyni səhvi edə bilər, ancaq insan tək başına vicdanının səsini dinləməklə və Quran əxlaqını yaşamaqla məsuliyyət daşıyır. Hər insan axirətdə Allahın qarşısında tək-tənha hesab verəcək. Eyni səhvi bir insan cahilliyindən və ya yanıldığından, bir başqa insan isə qəsdən pis niyyətlə edə bilər. Heç bir insan başqasının əsl niyyətinin nə olduğunu bilə bilməz. Ancaq Allah bütün insanların niyyətlərini, “qəlbində” nə saxladıqlarını bilir və onları bundan sorğuya çəkəcəkdir.

“Ey iman edənlər! Öz qeydinizə qalın! Siz doğru yolda olsanız, (haqq yoldan) azmışlar sizə zərər yetirə bilməzlər. Hamınızın dönüşü Allaha olacaq və O, etdiyiniz əməllər barədə sizə xəbər verəcəkdir.” (Maidə surəsi, 105) ayəsi ilə hər kəs öz əməlinə görə məsuliyyət daşıdığını insanlara bildirilmişdir.

Quranda bildirilən hər xatırlatma insanlar üçün hər zaman xeyirlərə səbəb olur. Allahın, edilən səhvi insana bildirməsi böyük rəhmətdir. Mömin çoxluğu bəhanə edərək bu səhv rəftarın üzərini örtməyə çalışmamalı, Allahın razılığına uyaraq bundan istifadə etməyə çalışmalıdır.