Çox üstün iman və əxlaq nümunəsi olan Hz. Yusif

Quranda bildirilən hekayələrin birində Allah hz. Yusifin uşaqlığından etibarən müəyyən hikmətlə hazırlanmış sınaqlardan keçdiyini və onun bütün bu hadisələrə qarşı ən yetkin və təslimiyyətli davrandığını xəbər verir. Şərtlər nə qədər ağır, qurulan tələlər nə qədər çətin görünsə də, hz. Yusif imanından, Allaha olan bağlılığından, etibarından və təslimiyyətindən əl çəkməmiş, əksinə, Allaha daha da yaxınlaşaraq Ona qarşı tam təslimiyyətli əxlaq göstərmişdir. Allaha yaxınlaşmaqda yol axtaranlar üçün hz. Yusifin həyatında, həqiqətən də çox bənzərsiz, çox üstün iman və əxlaq nümunələri vardır.

“Həqiqətən, Allah Rəsulunda Allaha və axirət gününə ümid bəsləyib Allahı çox zikr edən sizlər üçün gözəl bir örnək vardır.” (Əhzab surəsi, 21)