Çöl toyuqları balalarına su daşımaq üçün qeyri-adi xüsusiyyətə sahibdirlər. Çöl toyuğunun sinəsindəki və sinəsinin alt qismindəki tüklərin daxili səthi incə lif təbəqəsi ilə örtülüdür. Quş su hövzəsi tapdıqda əvvəlcə altını quma və toza sürtür, bununla da tüklərini təmizlədiyi vaxt qalan yağları bədənindən kənarlaşdırır.
Sonra suya girir, qanadlarını və quyruğunu qaldıraraq önə-arxaya hərəkət edir, beləliklə bütün tükləri islanır. Tüklərin üzərindəki nazik lif təbəqəsi suyu süngər kimi özünə çəkir. Quş balalarının yanına gəldikdə bədənini nisbətən dikəldir və balalar südəmər məməlilər kimi atalarının bədənindən su içir.
Bəs çöl toyuqları balalarına su daşımaq üçün bu üsulu haradan öyrəniblər? Bu quşlar yaşadıqları mühitə uyğun xüsusiyyətlərə necə sahib olublar? Bu sualları düşündükdə açıq bir həqiqətlə qarşılaşırıq. Çöl toyuqlarını mükəmməl sistemlərlə yaradan və onlara davranışlarını ilham edən Allahdır.
