Çirklənmədə və acizliklərdəki hikmətlər

İnsanların bədənlərinin və ətraflarının qısa müddət içində çirklənməsi, insanların öz acizliklərini düşünmələri üçün Allah tərəfindən xüsusi olaraq yaradılıb. Ancaq Allah insanlara bu qüsurları aradan qaldırmağıb yollarını da göstərib. Su, sabun kimi müxtəlif imkan və nemətləri onların xidmətinə verib.

Allah, “Şübhəsiz ki, hər çətinliklə birlikdə bir asanlıq vardır. Əlbəttə, hər çətinliklə birlikdə bir asanlıq vardır.” (İnşirah surəsi, 5-6) ayələri ilə bu həqiqətə də işarə edib. Onu da qeyd etmək lazımdır ki, nemətlərin yaradılmasındakı bu sirri dərk etmək və buna görə Allaha şükür etmək yalnız üstün bir düşüncəyə və idrak qabiliyyətinə malik olan möminlərə verilmiş xüsusiyyətdir.