Şeytanın insanlara fərqli göstərməyə çalışdığı anlayışlardan biri də cəsarətdir. Şeytan isə insanları çirkin cəsarətə yönləndirir. Çirkin cəsarət insanın gözünü qırpmadan, vicdani sıxıntı çəkmədən, sonunu düşünmədən və çəkinmədən pislik etməsi, Allah haqqında bilmədiyi şeylərdən danışması, bütün kainatı yaradan Rəbbimizi və axirət gününü inkar edə bilməsidir. Quranda çirkin cəsarət göstərən insanlardan bu cür bəhs edilir:
Qovulmuş şeytandan Allaha sığınıram!
Onlar: “Rəhman (olan Allah) özünə övlad götürmüşdür!” – dedilər. Siz, həqiqətən, çox pis bir iş gördünüz. Az qalsın buna görə göylər çatlayacaq, yer yarılacaq, dağlar yerə səriləcəkdi – Rəhmana övlad isnad etdiklərinə görə! Halbuki övlad götürmək Rəhmana yaraşmaz. Göylərdə və yerdə olanlar hamılıqla bir bəndə kimi Rəhmanın hüzuruna gələcəklər. (Məryəm surəsi, 88-93)
