Cırcıramaların yanına mikrofonlar yerləşdirildi – Cırcırama öz səsindən niyə kar olmur?

Cırcıramaların yanına kiçik mikrofonlar yerləşdirərək 158 desibelik səs çıxardıqları müəyyən edilmişdir. Bu əl bombasının partladılması ilə eyni dəyərdədir. Həşəratın eşitmə orqanı qarnından uzaq bir kapsulun içində qorunmasaydı, böcək bu yüksək səsdən kar olardı. (“Science et Vie” jurnalı, sayı 976, səh. 33)