Çınqıl ilanı ovunu neçə saniyəyə ovlayır?

Xüsusi istiyə həssas gözləri olan çınqıl ilanları tamamilə qaranlıqda belə siçan və siçovul kimi isti qanlı ov tapa bilərlər. İlanın 15 sm yaxınlığındakı kiçik bir siçan, ətrafındakı havada yalnız 0.005°C kimi çox az, hətta hiss edilməyəcək qədər istilik dəyişimi yaratdığı halda ilan tərəfindən asanlıqla fərq edilir. İlan beyninə gələn ovu ilə bağlı məlumatı saniyənin 1/20-si qədər müddətdə alıb, qiymətləndirib reaksiya verir (1 saniyənin insan gözünün yavaş açılması və bağlanması qədər qısa olduğunu nəzərə alsaq, ilanın inanılmaz sürəti daha aydın başa düşülə bilər). Ovunun yerini dəqiqliklə tapan çınqıl ilanı təəccüblü nişan alma qabiliyyəti ilə hücum edir və zəhərli dişləri ilə heyvanı öldürür. (“Görsel Bilim ve Teknik Ans” jurnalı, cild, 7, səh. 2352)