Cinlərin yaradılış məqsədləri nədir?

Allah Quranda bir çox ayədə cinlərin varlığından bəhs edir. Cinlər də ibadət etmək üçün yaradılmış canlılardır. Onlar insanlardan fərqli bir ölçüdə (aləmdə) yaşayırlar. Ayələrdə bildirildiyi kimi, insanlar onları görmür, lakin onlar insanları görə bilirlər. Xalq arasında cinlərin gələcək haqqında məlumat verə bildiklərinə dair yanlış bir təsəvvür var, halbuki Quranda onların belə bir qabiliyyətinin olmadığı xəbər verilmişdir. Bundan əlavə, ayələrdə cinlərin də Qurana görə məsuliyyət daşıdıqları bildirilir. Allah cinlərin də insanlarla eyni məqsədlə yaradıldıqlarını belə bildirir:

Cinləri və insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım. (Zəriyət surəsi, 56)