Cinlər, adətən, insanları narahat etmək istəmirlər. Cinlərin ayaq ucları konus kimi olur, yəni ayaq ucları itidir. Sırf bu xüsusiyyət bir insana narahat olması üçün kifayət edər. Bəziləri uzun boylu olur, bəziləri isə çox qısa boylu olur. Onların ənənəvi geyimlərindən biri papaqdır, qırmızı papaq qoyurlar, uzun, ucu şiş qırmızı papaqları olur, dünyanın hər yerində onları görənlər belə görür, yəni bu onların klassik görünüşləridir. Amma istəyəndə bir heyvan görünüşünə də girə bilirlər. Məsələn, əqrəb, pişik, ilan şəklinə də girə bilirlər. Yəni cinlər çox qabiliyyətlidirlər.
Cin əşya şəklinə də girə bilər. Amma insanları qorxutmalarını Allah qadağan etmişdir. Yəni insanlara yanaşa bilmirlər, o şəkildə görünə bilməzlər. Üzləri də o qədər düzgün olmur. Lakin istəyəndə çox gözəl insan şəklinə girə bilərlər. Məsələn, çox gözəl bir qadın görünüşünə, gözəl bir insan görünüşünə girə bilərlər. Yəni o qabiliyyətləri də var, amma normal halları məqbul deyil. Onun üçün də insanlarla o cür görüşmək istəməzlər. Bəzən suda görünmə hadisələri olur, bu da insanları qorxudur.
Unutmaq olmaz ki, cinlər eynilə insanlar kimi Allaha qulluq etmək üçün Allahın yaratdığı varlıqlardır. Özlərinə aid heç bir gücləri yoxdur, Allahın izni olmadan heç kimə zərər verə bilməyəcəkləri kimi, fayda da verə bilməzlər. Onlar da bütün insanlar kimi dünya həyatında imtahan olunurlar və əməlləri ilə axirətdə qarşılıq görəcəklər.
Cinlər işıq sürəti ilə hərəkət etdikləri üçün onların zamanı ilə bizim zamanımız eyni deyil. Cinlər çox yaşayırlar. Məsələn, 1300-1400 il yaşayırlar. Yəni işıq sürəti ilə hərəkət etdikləri üçün onların zamanı ilə bizim zamanımız eyni deyil.
Cinlər texniki mövzularda çox qabiliyyətlidirlər. Hz. Süleyman (ə.s) zamanında da işləyiblər, yəni cinlərin texniki mövzularda çox yaxşı məlumatları var. Texnologiyadan istifadə edirlər, texniki alətlərin istehsalında çox qabiliyyətlidirlər. Xəbər gətirmədə çox yaxşıdırlar.
Onların öz dilləri var. Qəribə bir dildir. Başa düşmək mümkün deyil. Yadplanetli dili kimi. Özlərinə xas xüsusi dilləri var. Amma hər cür dili də anlayırlar. Hansı ölkədə yaşayırlarsa, o ölkənin dilini öyrənə bilərlər. Məsələn, Fransadakı bir cin bir anda Azərbaycana gələ bilər. Yarım saniyədə gəlir. Bu səbəbdən, bu qədər dil bilirlər. Çünki bilmədikləri bir şey yoxdur.
Cinlərlə əlaqə qurmaq mümkündür, amma ruhlarla əlaqə qurmaq mümkün deyil. İnsanlar bəzən cinləri ruh zənn edirlər. Deyirlər ki, ruh gəldi. Ruh heç bir şəkildə gəlməz. Yəni gedən ruh bir daha gəlməz. Hürufü-müqəddanın cinlərlə də əlaqəsi var. Yəni cin çağırmaqda, cinlərlə əlaqədə Hürufu Müqəddanın dərin sirləri var. Yəni Hürufu-Müqətta cinlərin anladığı bir xitabdır.
Cinlər insanlara müsəllət olmazlar. Cinlər hər evdə olur. Normal evlərdə yaşayırlar. Ailəvi, hamısı bir yerdə, demək olar ki, hər evdə var. Amma onların heç kimə zərəri olmaz. Yəni insanların qorxmasına ehtiyac yoxdur.
Uçan dairə (UFO) kimi görünənlər də, əslində, cinlərin nümayişidir. İşıq halında meydana gəlmələr, sonra metal görünüşünə çevrilmə, sonra birdən hissələrə ayrılıb yox olma. Bunlar cinlərin klassik xüsusiyyətidir, anidən yox olma. Bəzən insanlarla zarafatları olur.
Bəzi masonlar cin çağırırlar. Çağırdıqları cinlər dinsiz cinlərdir. Şeytan deyilən cinlər, ateist cinlərdir. Məsələn, Bafomet… Daha dəyişik şəkildə təzahür edir. Yəni bu, masonların bir şəklidir. Bunu xatırladan tərzdə görünür. Onlar da yığıncaqda onun söylədiklərinə görə hərəkət edirlər. Ayədə deyir, “Qabıq kimi üzərlərini örtdük”, – deyir Allah. Bəzi masonlar şeytanlardan çox qorxurlar. Yəni, haşa: “Allahdan qorxan kimi, hətta daha çox qorxarlar”, – deyir Allah ayədə. Yəni çox qorxurlar. Nə deyirsə, yerinə yetirirlər. Məsələn, müharibə edin desə, dərhal edirlər. Cinlər olmazsa, ateist masonluğun fəaliyyəti olmaz. Dünya kəşfiyyat təşkilatları da cinlərdən faydalanır, amma hz. Mehdi (ə.s) dövründə cinlərin hamısı hz. Mehdinin (ə.s) əmrində olacaq.
I Cinlər Cənnətdə insanlara görünəcək. Görünməmələri üçün heç bir səbəb yoxdur, normal gözəl bir insan şəklində, gözəl varlıq şəklində. İnsanların cinləri Allaha şirk qoşmalarının və onlardan mədət ummalarının ən əhəmiyyətli səbəblərindən biri, onların qeybi bildiklərini düşünmələridir. Halbuki, bu çox böyük bir yanılmadır. Çünki Allah Quranda cinlərin qeybə dair bir heç bir məlumatının olmadığını bildirir.

