Quran ayələrindən cinlərin də insanlar kimi həyatlarının olduğunu anlayırıq. Ayələrdə cinlərin də gəlmiş və keçmiş ümmətləri olduğu xəbər verilmişdir. (Əraf surəsi, 38; Kəhf surəsi, 50) Ancaq cinlər insanlardan fərqli ölçüdə yaşayır, insanları görə bilir, söhbətlərinə qulaq asa bilirlər. Buna görə də, cinlər həmişə insanların maraq dairəsinə daxil olmuşlar.
Mömin cinlər Allahın əmrindədir, Allahın idarəsində olan varlıqlardır. Allah nə əmr etsə, cin onu edir. Yəni bütün təcəlli Allahdandır, cini vəsilə edir. Mütləq güc Allahındır. Allahdan başqa güc sahibi yoxdur. Cinin bir gücü yoxdur ki, bütün güc Allaha aiddir. Cinə ayrı bir güc kimi baxmaq doğru olmaz.
Cinlər, adətən, insanları narahat etmək istəmirlər. Görünüşləri belədir: cinlərin ayaq ucları konus kimi olur, yəni ayaq ucları itidir. Sırf bu xüsusiyyət bir insana narahat olması üçün kifayət edər. Bir qismi uzun boylu olur. Bir qismi çox qısa boylu olur. Onların ənənəvi geyimlərindən biri papaqdır, qırmızı papaq qoyurlar, uzun, ucu şiş qırmızı papaqları olur, dünyanın hər yerində onları görənlər belə görür, yəni bu onların klassik görünüşləridir. Amma istəyəndə bir heyvan görünüşünə də girə bilirlər. Məsələn, əqrəb, pişik, ilan şəklinə də girə bilirlər. Yəni cinlər çox qabiliyyətlidirlər. Cin əşya şəklinə də girə bilər. Amma insanları qorxutmalarını Allah qadağan etmişdir. Yəni insanlara yanaşa bilmirlər, o şəkildə görünə bilməzlər. Üzləri də o qədər düzgün olmur. Lakin istəyəndə çox gözəl insan şəklinə girə bilərlər. Məsələn, çox gözəl bir qadın görünüşünə, gözəl bir insan görünüşünə girə bilərlər. Yəni o qabiliyyətləri də var, amma normal halları məqbul deyil. Onun üçün də insanlarla o cür görüşmək istəməzlər. Bəzən suda görünmə hadisələri olur, bu da insanları qorxudur. Yəni suda görünə bilərlər.

