Cinlər gələcəkdən xəbər verə bilər?

Qeybi Allahdan başqa heç kim bilməz

Allah Quranda, qeybi Özündən başqa kimsənin qətiyyən bilmədiyini və bilməyə də əsla gücü çatmayacağını bir çox ayədə bildirmişdir. Bu ayələrdən biri belədir:

De: “Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər”. (Nəml surəsi, 65)

Cinlər də Allahın diləməsi xaricində heç bir şəkildə gələcəklə əlaqədar məlumat əldə edə bilməzlər. Quranda cinlərin qeybdən məlumat almağa çalışdıqlarını, amma bunu bacara bilmədiklərini, özlərinin də bunu etiraf etdiyini izah edən ayələr vardır. Cin surəsində bəhs edilən bu ayələr insanların cinlər haqqındakı səhv inanclarını da ortadan qaldıracaq şəkildədir. Həmçinin Quranda hz. Süleymana xidmət edən cinlərdən də bəhs edilir. Və bu cinlərin hz. Süleymanın ölümündən çox sonra xəbər tutduqları bildirilir. Bu səbəbdən cinlərdən fayda görmək ümidiylə onlara sığınan insanlar çox böyük səhv etdiklərini bilməlidirlər. Çünki cinlərin gələcəyə istiqamətli məlumat əldə etmələri -Allahın diləməsi xaricində mümkün deyil. Quranda hz. Süleyman hekayəsiylə də cinlərin qeybə istiqamətli məlumat daşımadıqlarına diqqət çəkilmişdir:

Süleymanın ölümünə hökm verdiyimiz zaman onun öldüyünü cinlərə ancaq onun əsasını yeyən bir ağac qurdu göstərdi. Süleyman yerə yıxıldıqda cinlərə bəlli oldu ki, əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzaba məruz qalmazdılar. (Səba surəsi, 14)

Cin surəsində cinlərin qeybdən xəbər öyrənə bilmədikləri ilə əlaqədar bildirilən digər ayələr isə belədir:

Biz səmaya qalxdıqda onun sərt gözətçilər və yandırıb-yaxan alovlarla dolu olduğunun şahidi olduq. Biz əvvəllər gizlicə qulaq asmaq üçün göyün bəzi sahələrində oturardıq. Amma kim bunu indi etmək istəsə, o, pusquda gözləyən yandırıcı alova rast gələr. Biz bilmirik, bununla yerdəkilərə pislik etmək qəsd edilmişdir, yoxsa Rəbbi onları doğru yola yönəltmək istəmişdir? (Cin surəsi, 8-10)