Şamanizm Çinin ən qədim dini olaraq qəbul edilir. Bu batil din, “Kam” adı verilən Şaman rahiblərinin ruhlarla əlaqə qurduqları və guya bu ruhlardan aldıqları güclə gələcəyi bildirmə, pislikləri dəf etmə, xəstəlikləri yaxşılaşdırma, pis ruhları çıxarma, ölümsüzlüyün yolunu tapma, həyatı uzatma kimi qabiliyyətlərə sahib olduqları kimi səhv təməl üzərinə quruludur.
Şamanizm, Konfutsiçiliyin ilk ortaya çıxışına qədər Çin cəmiyyəti üzərindəki ən təsirli inanış idi. Ancaq Konfutsiçiliyin xalq arasında qəbul görməsi və dövrün hökuməti tərəfindən dəstək görməsi Şamanizmin cəmiyyət üzərindəki təsirini azaltdı.
Şamanizm və konfutsiçilik bir-biriylə tamamilə ziddir. Konfutsiçilik əxlaqi bir təlim kimi görünməklə birlikdə Allah və axirət inancını ehtiva etməyən batil bir dindir. Şaman inanışları “Kam”ların gücünə, caduya, ruhların insanlar üzərindəki yaxşı və pis təsirinə böyük yer verərkən, konfutsiçilik tam əks istiqamətdə bir həyat fikrinə malikdir. Konfutsiçilər “məntiq, həqiqət, nizam, idarə, tarazlıq” kimi dəyərləri üstün görür, şamanları isə nizam pozucu, cahil və anarxist birlik olaraq qəbul edirdilər.
Məhz Buna görə də, konfutsiçiliyin yüksəlişi Şamanizmin də enişi mənasını verdi. Ancaq Şamanizmin güc itirməsi, batil inanışların, cadunun və dünyəvi ölümsüzlüyü axtarma kimi boş cəhdlərin ortadan qalxdığı mənasını vermirdi. Xüsusilə də bəzi karmalar, ayinlər və cadularla ölümün maneə törədilə biləcəyi kimi axmaq inanc çinlilər arasında yayılmışdır. Bəzi Çin imperatorlarının da bu cür ağıl və məntiqdən kənar, azğın ayinləri dəstəkləmələri yeni bir batil dinin ortaya çıxmasına gətirib çıxardı.
II əsrdə cadu, ruhlarla əlaqə, bitki və müxtəlif qarışıqlarla müalicə kimi batil tətbiqlərə yönələn bəzi axınlar müxtəlif Şaman liderlərinin ətrafında birləşdilər. Şeytan çıxarma kimi Şamanist tətbiqlərdə, ölümsüzlüyün formulunu kəşf etmə kimi xəyali məşğuliyyətlərdə birləşən bu yarı fəlsəfi düşüncə “Taoizm” adı altında xalqa təqdim edildi.
Şamanizm, eradan əvvəlki min illərdə Sibir bölgəsində böyüyən və Orta Asiyadakı müxtəlif qövmlər tərəfindən mənimsənən bir növ bütpərəst dindir. Şamanizmin təməlində iki əhəmiyyətli anlayış yatır:
1) Təbiətdəki hər varlığın (daş, torpaq, su, ağac və s.) bir ruhu və iradəsi olduğuna, onun üçün bunlarla dialoq qurulması lazım olduğuna inanılar.
2) Bu dialoqu qura bildiyinə inanılan kimsə isə “Şaman”dır. Şaman, buxurlar, musiqi ritmləri və ya rəqslər yoluyla təbiətdəki cansız maddələrlə danışar, onları öz ağlına görə razı salar və yenə öz ağlına görə müxtəlif xəstəlikləri yaxşılaşdırmağa çalışar.
Şamanizmin təməli, yuxarıda da ifadə edildiyi kimi təbiətdəki cansız varlıqların ruh və qüdrət sahibi olduqlarına inanılmasıdır. Məsələn yağışın buludların içindəki ruh tərəfindən yağdırıldığına və ya atəşin öz içindəki bir ruh tərəfindən yandırılıb davam etdirildiyinə inanılar.
Bu inanc əslində bir çox qədim bütpərəst dində mövcuddur və “animizm” olaraq bilinər. Animizm, qısaca, təbiətdəki hər varlığın ayrı bir ruh və ayrı bir ilah olduğu inancıdır. Şaman dini, animizmin Orta Asiyaya xas şəklidir.
Şaman dini tam mənasıyla çox-ilahlı şirk dinidir. Bu dinə mənsub olanlar, saysız deyiləcək qədər çox ilahın varlığına inanılır və bu ilahları məmnun edə bilmək üçün dualar edib qurbanlar təqdim edərlər. Hər göl, hər dağ, hər meşə ayrı bir ilah olaraq görülür, hamısına ayrı-ayrı tapınılırdı.
İslamın təməli olan “La İlahə İlləllah” (Allahdan başqa İlah yoxdur) həqiqətinə tamamilə tərs olan bu batil inancın, ağla tamamilə zidd olduğu ortadadır. Təbiətdəki daşın, torpağın və ya suyun bir iradəsi olmadığı kimi, əslində hamısını aləmlərin Rəbbi olan Allah yaratmışdır. Bütün kainatın tək bir Yaradıcısı və tək bir Hakimi olduğunu qavraya bilməyən şamanlar isə, Allahdan başqa saysız ilahlar əldə edərək Ona şirk qoşmuş insanlardır.
Allah Qurani Kərimdə şirk inancının məntiqsizliyini belə açıqlayar:
…Onunla yanaşı ibadətə layiq olan heç bir məbud yoxdur. Əks təqdirdə hər bir məbud öz yaratdıqlarını özü idarə etmək istəyər və onların bir qismi digərinə üstün gəlməyə can atardı. Allah onların Ona aid etdikləri sifətlərdən uzaqdır. (Muminun surəsi, 91)
Diqqət yetirilsə, cahiliyyə dövrü Ərəbləri və ya tarixdə peyğəmbərlərin yaşadığı bütpərəst qövmlər ilə Şamanizm inancı arasında böyük bənzərlikdir. Bütpərəstlər təbiətdə “göy tanrısı”, “yer tanrısı”, “bərəkət tanrısı”, “döyüş tanrısı” kimi xəyali ilahlar olduğuna inanmış, sonra da bunların bir simvolunu öz əlləriylə düzəldib bunlara tapınmışlar.
Şamanizmin tək fərqi, varlığına inanılan ilahlar üçün bir simvol (büt) edilməməsidir. Bunun yerinə “Şaman” adı verilən insanlar birbaşa göyə, yerə, dənizə, gölə və ya meşəyə yönəlib bunlara tapınıb dua etmişlər. Nəticədə hər iki təlim də, Allahdan başqa ilahlar olduğuna inandığı üçün, şirkdir.
Şamanizm inancı, ağla və məntiqə tamamilə zidd xurafat olmasına baxmayaraq nəsildən nəsilə köçürülmüş, hər nəsil bu inancı atalarından gələn bir ənənə olaraq mənimsəmişdir. Bir çox qövm və qəbilə, dağın, daşın və ya suyun ağıl və iradəsi olmadığını görməsinə baxmayaraq, bunlara dua edib qurban təqdim etməyə davam etmişdir.
Şamanların bir başqa xüsusiyyəti, qadınları və qız uşaqlarını mənəvi olaraq “çirkli” varlıqlar olaraq görmələri idi. Sanki bir ilah olaraq görüb qurbangahlar təqdim etdikləri atəşin, qadınlar və ya qız uşaqları tərəfindən üzərinə basılıb guya “çirklədilməsini” qadağan etmişlərdi.
Cahiliyyənin təməl xüsusiyyətlərindən biri ağılla düşünməməkdir. Bütlərə tapınan və ya təbiətdəki varlıqlarda ilahlıq verən kəslər, bütün bunların Allahın yaratdığı varlıqlar olduqlarını, öz başlarına bir iradələri olmadığını anlaya bilmədikləri, yəni ağıllarını istifadə edə bilmədikləri üçün, öz ağıllarına görə güclü gördükləri varlıqlara tapınarlar. Atəşə və ya Aya və Günəşə tapınan insanların hamısı, bu ağılsızlığı etmişlər. Allah, Qurani Kərimdə yaradılanlara tapınan insanların bu ağılsızlığını, Günəşə və Aya tapınan qövmlərdən danışarkən belə xəbər verir:
Gecə və gündüz, günəş və ay Onun dəlillərindəndir. Əgər siz Ona ibadət edirsinizsə, onda günəşə və aya səcdə etməyin, onları yaradan Allaha səcdə edin. (Fussilət surəsi, 37)

