Dünyadakı milyardlarla insanın hər biri müxtəlif həyat tərzi keçirir. Heç birinin həyatı başqasının həyatına bənzəmir. Amma bir problem yaşadıqlarında, ya da bir çətinliklə qarşılaşdıqlarında hər biri “dünyanın ən böyük dərdinin” özlərində olduğunu zənn edirlər.
Bəzən verdiyi bir imtahanda müvəffəqiyyətsiz olan, bəzən istədiyi bir paltarı ala bilməyən, bəzən saçlarına istədiyi formanı verə bilməyən, pəhriz saxlamaqda və arıqlamaqda çətinlik çəkən, bəzən xoşlamadıqları biri ilə iş yerində bir kollektivdə işləmək məcburiyyətində qalan insanlar böyük bir çətinlik yaşadıqlarını zənn edirlər. Eyni şəkildə, bir nəfərin söylədiyi sözdən pis məna çıxardan, ən yaxşı yoldaşı ilə arası dəyən, gündəlik həyatda bir hadisədə haqsızlığa uğradığını düşünən, qarşısındakı adam haqqında şübhəyə düşən, kifayət qədər sevilmədiyini, ya da ona əhəmiyyət verilmədiyini düşünərək özünə qapanan insanlar “həyatının alt-üst olduğunu” düşünərlər. Günlərlə dillərindən bu mövzunu salmaz, nə qədər zərər çəkdiklərini, nə qədər çətin vəziyyətdə qaldıqlarını və nə qədər acı çəkdiklərini izah edərlər. Gün ərzində ən çox bu mövzu ilə məşğul olarlar. Axşam yataqlarına uzandıqları zaman, yolda avtomobildə gedərkən, nahar edərkən, qısacası, demək olar ki, hər yerdə “bu böyük dərdlərini” düşünərlər.
Halbuki aydındır ki, bunların heç biri “dərd” deyil. Ümumiyyətlə, insanların qarşılaşdıqları hadisələrin heç biri “dərd” deyil. Üstəlik, əgər bu insanlar yaşadıqlarından daha ağır problemlərlə qarşılaşsaydılar belə, bunlar yenə də “həyatlarını alt-üst edən” hadisələr olmayacaqdı. Ciddi sağlamlıq problemi, ağır bir əməliyyat, böyük maddi borclar, işsizlik, ya da ağır iş şəraiti, ailədə yaşanan problemlər də ola bilərdi. Amma bunlar da insanların özlərini “dünyanın ən dərdli insanı” olaraq görmələri üçün bir səbəb deyil…
I …Hər şeydən əvvəl Quran əxlaqını bilən bir insan üçün dünyada “dərd” deyilən bir şey yoxdur. Allahın xeyir olaraq yaratdığı hikmətli hadisələr vardır. Allahın o adamın imanını, Allaha olan etibarını, sədaqətini, gözəl əxlaqını sınamaq üçün yaratdığı imtahanlar vardır. Bu barədə unudulmamalı ən vacib şeylərdən biri də budur: lehinə və ya əleyhinə kimi görünən bütün hadisələr mömin üçün yalnız “xeyirdir”. Bunlar onun ehtiyacı olan, onu ən gözəl şəkildə öyrədəcək, ona ən çox fayda verəcək, dünyada və axirətdə ona ən gözəl nəticələri qazandıracaq hadisələrdir.
Bununla yanaşı, yaşadığı bir çətinlik səbəbindən özünü dünyanın ən böyük problemi ilə qarşı-qarşıya zənn edən bir insanın dünyanın hər tərəfindəki Müsəlmanların nələr yaşadıqlarını düşünməsi də, öz problemlərinin əslində nə qədər bəsit və nə qədər asan həll oluna bilən hadisələr olduğunu anlaması üçün əhəmiyyətli bir vəsilədir. Şərqi Türküstanda, Fələstində, İraqda, Əfqanıstanda, Kərkükdə, Suriyada, Arakanda və dünyanın daha bir çox bölgəsində Müsəlmanların yaşadığı zülm və təzyiqlərin yanında öz ağlını məşğul edən quru iddianın əhəmiyyətsizliyini qavraması daha sürətli olar.
On illərdir İslam dünyasında davam edən qarşıdurmalar, fitnələr, təzyiq və zülm minlərlə günahsız Müsəlmanın həyatına son qoymuş, on minlərlə insan şikəst qalmış, milyonlarla müsəlman evsiz qalıb yurdlarından sürgün olunmuş, bir çoxu da yalnız inanclarına və düşüncələrinə görə həbs olunmuşlar. Şərqi Türküstanda sırf Müsəlman olduqları üçün gənc qızlar, uşaqlar, yaşlılar çox böyük zülmə məruz qalmaqla yanaşı, insanlar səbəbsiz olaraq edam edilir, həbs edilir, işgəncə görürlər. Məscidə gedənlərin maaşı kəsilir, Müsəlmanların ibadət etmələrinə icazə verilmir. 1965-ci ildən sonrakı qırğınlarla birlikdə 60 il içində 35 milyon Uyğur Müsəlmanı soyqırıma məruz qalmışdır.
Müsəlman başına dünyada ola biləcək ən çətin imtahanlar gəlsə də, sonsuz nemət verilsə də əlindəki nemətləri düşünüb yenə Allaha şükür edər. Çünki Allah kimə nə şəkildə bir sınaq təqdir etmişsə, o adam üçün ən gözəl olandır. Əlbəttə, gözəl əxlaqla səbir edənlərin mükafatını Allah dünyada da, axirətdə inşaAllah verəcək.

