Çətinlik çox böyük savabdır

İmtahanın sirri: bolluq və çətinlik

Allah dünyanı insanları sınamaq üçün yaratmışdır. Və imtahanın gərəyi olaraq hər insana bəzən bolluq və gözəllik verərək, bəzən də şiddətli çətinliklərə uğradaraq sınayar. Hadisələri Quranda bildirilən həqiqətlərə görə qiymətləndirməyən insanlar qarşılaşdıqları çətinliklər qarşısında nə edəcəklərini bilməz, pessimizmə qapılar, ümidsizliyə düşərlər. Halbuki Quranda Allahın bu mövzu ilə əlaqədar olaraq bildirdiyi və ancaq səmimi bir imana və təslimiyyətə sahib olan qulların görə bildiyi əhəmiyyətli bir sirr vardır. Bu sirri Allah belə bildirmişdir:

Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. (İnşirah surəsi, 5)

Əlbəttə ki, hər çətinliyin ardınca asanlıq gəlir. (İnşirah surəsi, 6)

Allahın ayələrdə bildirdiyi kimi yaşanan vəziyyət nə qədər çətin və həll edilməsi çətin kimi görünürsə də, Allah möminlər üçün mütləq o vəziyyətdən çıxmağı asanlaşdıracaq, mövcud çətinliyi yüngülləşdirəcək bir səbəb yaratmışdır. Mömin gözəl bir səbirlə səbir etdiyində və səbrində dayanıqlılıq göstərdiyində, bütün çətinliklərlə birlikdə Allahın asanlıq verdiyini görəcək. Necə ki Allah başqa ayələrində də Özündən qorxub çəkinən qullarına yol göstərəcəyini, onları nemətləndirəcəyini ayələrdə belə müjdələmişdir:

… Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur. (Talaq surəsi, 2-3)

Allah sonsuz mərhəməti, şəfqəti və ədaləti ilə, yaratdığı hər hadisədə həm bir asanlıq verər, həm də hər insanı gücünə görə sınaqlardan keçirər. Allahın insanlara əmr etdiyi ibadətlər, onları sınamaq üçün yaratdığı çətinliklər, insanlara yüklədiyi məsuliyyətliklərin hamısı insanların gücü nisbətindədir. Bu, iman edənlər üçün bir müjdə və rahatlıq, Allahın rəhmətinin bir göstəricisidir. Allah bu sirri Quranda belə bildirir:

Yetim həddi-buluğa çatana qədər, – xeyirxahlıq (qoruyub saxlamaq və artırmaq məqsədilə istifadə etmək) istisna olmaqla, – onun malına yaxınlaşmayın! Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdə sadiq qalın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb ibrət alasınız. (Ənam surəsi, 152)

İman gətirib yaxşı əməl edənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyirik. (Əraf surəsi, 42)

Biz hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyirik. Yanımızda haqqı deyən bir Kitab vardır. Onlara zülm olunmaz. (Muminun surəsi, 62)