Allah dünyanı insanları sınamaq üçün yaratmışdır. Və imtahanın gərəyi olaraq hər insana bəzən bolluq və gözəllik verərək, bəzən də şiddətli çətinliklərə uğradaraq sınayar. Hadisələri Quranda bildirilən həqiqətlərə görə qiymətləndirməyən insanlar qarşılaşdıqları çətinliklər qarşısında nə edəcəklərini bilməz, pessimizmə qapılar, ümidsizliyə düşərlər. Halbuki Quranda Allahın bu mövzu ilə əlaqədar olaraq bildirdiyi və ancaq səmimi bir imana və təslimiyyətə sahib olan qulların görə bildiyi əhəmiyyətli bir sirr vardır. Bu sirri Allah belə bildirmişdir:
Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. Əlbəttə ki, hər çətinliyin ardınca asanlıq gəlir. (İnşirah surəsi, 5-6)
Allahın ayələrdə bildirdiyi kimi yaşanan vəziyyət nə qədər çətin və həll edilməsi çətin kimi görünürsə də, Allah möminlər üçün mütləq o vəziyyətdən çıxmağı asanlaşdıracaq, mövcud çətinliyi yüngülləşdirəcək bir səbəb yaratmışdır. Mömin gözəl bir səbirlə səbir etdiyində və səbrində dayanıqlılıq göstərdiyində, bütün çətinliklərlə birlikdə Allahın asanlıq verdiyini görəcək. Necə ki Allah başqa ayələrində də Özündən qorxub çəkinən qullarına yol göstərəcəyini, onları nemətləndirəcəyini ayələrdə belə müjdələmişdir:
…Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur. (Talaq surəsi, 2-3)

